Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda xatirə turnirinə yekun vuruldu - ŞƏKİLLƏR

Baxılıb: 260     Tarix: 10-08-2019 15:45   
Sumqayıtda xatirə turnirinə yekun vuruldu - ŞƏKİLLƏR

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilmiş M.Hüseynzadə adına stadionda Azərbaycan Respublikasının Əməkdar məşqçisi Tofiq Məmməd oğlu Rzayevin xatirəsinə həsr edilmiş futbol üzrə 2010-cu il təvəllüdlü yeniyetmələr arasında Respublika turnirinə yekun vurulmuşdur.

Sumqayitfakt.Az xəbər verir ki, tədbirin bağlanış mərasimində çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov tədbir iştirakçılarını salamlamış, yarışın qalib və mükafatçılarını təbrik etmişdir. Çıxışını davam edərək dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı olan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, idmançılarımızın iştirak etdiyi mötəbər yarışlardan, ölkəmizdə təşkil edilən Beynəlxalq miqyaslı tədbirlərdən, əldə etdiyi yüksək nailiyyətlərdən və bu nailiyyətlərin qazanılmasında Sumqayıt idmançılarının özünəməxsus payı olmasından danışmışdir. Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm İdman Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, Ölkə başçısının həyata keçirdiyi sosial yönümlü, iqtisadi əhəmiyyətli tədbirlər nəticəsində respublikamızın hər yerində olduğu kimi, qısa bir dövrdə Sumqayıt şəhərinin də sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunması, Ümummilli liderimizin adına layiq, əzəməti ilə insanı valeh edən möhtəşəm Heydər Əliyev Mərkəzi, memarlıq inciləri olan Şahmat və Uşaq İncəsənət məktəbləri, Yeni Azərbaycan Partiyasının inzibati binasının, son dövrün möcüzəsi olan füsünkar Sumqayıt Bulvarının tikilərək sakinlərin istifadəsinə verilməsi haqqında geniş məlumat vermişdir.

Turnirdə Sumqayıtın 6 komandası ilə yanaşı Bakının 3, Fizulu, Siyəzən və Şabran rayonlarının komandaları qalib adı uğrunda mübarizə aparmışlar.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Sabah” ,”Sumqayıt” , “Ərgünəş” futbol klublarının komandaları müvafiq olaraq birinci, ikinci, üçüncü yerləri tutmuşlar.

Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri Fərman, medal, kubok və hədiyyələrlə təltif olunmuşlar.






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər