Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda futbol festivalı keçiriləcək - ŞƏKİL

Baxılıb: 257     Tarix: 20-05-2019 13:35   
Azərbaycanda futbol festivalı keçiriləcək - ŞƏKİL
Topazın dəstəyi ilə mini futbol üzrə “Topaz Futbol Festivalı 2019” turniri keçiriləcək.

Sumqayitfakt.Az-ın məlumatına görə, bu gün festival ilə bağlı təqdimat mərasimi təşkil olunub. Tədbirdə "Caspiantech" QSC-nin nümayəndələri Esin Umut, Aynurə Bayramova, Dünya Mini Futbol Federasiyanın Hakimlər Komitəsinin üzvü Əfqan Həmzəyev, futbol veteranı Gülağa Cabbarov və digər futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə qeyd olunub ki, ölkədə futbolun inkişafına dəstək olaraq keçiriləcək bu yarış 7 bölgəni əhatə edəcək. Bütün bölgələr üzrə ümumi olaraq 56 komanda, 672 iştirakçı, onlarla könüllü iştirak edəcək. Turnir Gəncə, Qax, Xocavənd, Qusar, Lənkəran, Sumqayıt və Bakıda təşkil olunacaq.

Bölgələrin qalibi sonda Bakı finalında qarşılaşacaq. Festivalın qalibi məhz Bakıda müəyyənləşəcək.

Hər bölgədə keçiriləcək turniri açılış və bağlanış mərasimləri, xüsusi viktorinalar daha da maraqlı edəcək. Festivalda hər bir iştirakçını Topaz öz hədiyyələri ilə sevindirəcək.

“Topaz Futbol Festivalı”nın keçirilməsində əsas məqsəd Azərbaycanda futbolun inkişafına dəstək olmaq, futbol həvəskarlarının boş vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, eyni zamanda, paytaxtla yanaşı bölgələrimizdə də mini futbolun təbliğatını daha da artırmaqdır.

Turnirlərin keçirilmə cədvəli aşağıdakı kimidir:

• Qusar Turniri, Qusar Olimpiya İdman Kompleksi, 28 May
• Xocavənd Turniri, Xocavənd İdman Kompleksi, 2 İyun
• Lənkəran Turniri, Lənkəran Olimpiya İdman Kompleksi, 16 İyun
• Gəncə Turniri, Gəncə Olimpiya İdman Kompleksi, 23 İyun
• Qax Turniri, Qax Olimpiya İdman Kompleksi, 30 İyun
• Sumqayıt Turniri, "Spartak" Bədən Tərbiyəsi İdman Cəmiyyəti, 7 İyul
• Final, Bakı Su idman Sarayı, 14 İyul.

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər