Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Stolüstü tennis üzrə şəhər birinciliyinə yekun vuruldu

Baxılıb: 2179     Tarix: 25-03-2019 23:21   
Stolüstü tennis üzrə  şəhər birinciliyinə yekun vuruldu

23-24 mart 2019-cu il tarixlərində dənizkənarı bulvarda Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş stolüstü tennis üzrə 2004-cü il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi keçirilmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov yarış iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, hər birinə bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərində uğurlar arzulamışdır. Daha sonra ölkəmizdə idmanın sürətli inkişafından danışaraq əldə olunmuş bütün nəaliyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının nəticəsi olduğunu vurğulamışdır. Eyni zamanda baş idarənin rəisi şəhərin 70 illik yubileyinə həsr olunmuş yarış və birinciliklərin il ərzində davamlı olacağını qeyd etdi və iştirakçılara uğurlar arzuladı.

Birincilikdə qızlar arasında Arzu Aslanova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Onun komanda yoldaşları Mərziyyə Nürmətova ikinci, Fatimə Cəfərova və Mehriban Dadaşova isə üçüncü yerləri tutmuşlar.

Oğlanlar arasında keçirilən yarışda Toğrul Məmmədov, Hüseyn Eylazov, İlkin Ağayev və Tural Mirzəyev müvafiq olaraq I, II, III yerləri tutmuşlar.

Sonda qalib və mükafatçılar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal, hədiyyə və kuboku ilə təltif olunmuşlar.





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər