Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

AFFA "Sumqayıt"ı böyük məbləğdə cərimələyə bilər

Baxılıb: 365     Tarix: 11-03-2019 21:08   
AFFA "Sumqayıt"ı böyük məbləğdə cərimələyə bilər

AFFA İntizam Komitəsi "Sumqayıt” klubunu 6400 manat cərimələyə bilər.

Sumqayitfakt.Az xəbər verir ki, buna səbəb "gənclik şəhəri" təmsilçisinin Azərbaycan Premyer Liqasının XX turunda "Neftçi”yə evdə 1:2 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

Referi Rəşad Əhmədovun rəhbərlik etdiyi hakimlər briqadası görüşün ardından tunelə daxil olmaq istədiyi vaxt narazı azarkeşlərdən biri tribunadan alışqan tullayıb. Alışqan hakimlərdən bir qədər aralı düşüb. AFFA-nın İntizam Kodeksində meydana kənar əşyanın atılmasına görə 1600 manat cərimə nəzərdə tutulur.

76-cı dəqiqədə "ağ-qaralar”ın müdafiəçisi Mamadu Mboc hesabı bərabərləşdirdikdən sonra onun komanda yoldaşı Kirilo Petrov topu rəqib qapıçı Mehdi Cənnətovdan alaraq, meydanın mərkəzinə aparmaq istəyib. Qolkiper isə onu dirsəyi ilə vuraraq yerə yıxıb və nəticədə qırmızı vərəqə alıb. İntizam Kodeksinə əsasən, rəqibə əllə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

Referi 85-ci dəqiqədə 4-cü hakimin işarəsindən sonra "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovu texniki zonanın xəttini keçdiyi üçün meydandan kənarlaşdırıb, köməkçisi Mehman Yunusova isə xəbərdarlıq edib. Baş məşqçi texniki zona qaydalarına riayət etməməsi səbəbindən kənarlaşdırıldıqda 1 oyunluq cəza və 800 manat cəriməyə məruz qalır.

"Neftçi” ilə dueldə 4 futbolçusu - Peyman Babayi, Rail Məlikov, Ülvi İsgəndərov və Əli Babayev sarı vərəqə aldığına görə "Sumqayıt” əlavə 800 manat da ödəməli olacaq.

Qeyd edək ki, "Kapital Bank Arena”da keçirilmiş oyun hakimlərin mübahisəli qərarları ilə yadda qalıb. Xüsusən, 2 dəfə penalti epizodunda ədalət təmsilçilərinin "davam" işarəsi vermələri birmənalı qarşılanmayıb. 13-cü dəqiqədə qonaqların müdafiəçisi Tural Axundov meydan sahiblərinin yarımmüdafiəçisi Ehtiram Şahverdiyevi cərimə meydançasının daxilində arxadan itələsə də, referinin fiti susub. Baş hakim "Sumqayıt”ın orta xətt oyunçusu Əli Babayevin 32-ci dəqiqədə cərimə meydançasında "Neftçi”nin forvardı Baqali Dabonun qarşısını almasını da qayda pozuntusu kimi qiymətləndirməyib. (report.az)

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər