Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Sumqayıt Dövlət Universitetinin məzunu olan idmançı vəfat etdi - ŞƏKİLLƏR

Baxılıb: 3115     Tarix: 19-09-2021 12:59   
Sumqayıt Dövlət Universitetinin məzunu olan idmançı vəfat etdi - ŞƏKİLLƏR


Çində doktorantura təhsili alan azərbaycanlı idmançı Sadiq Həsənov vəfat edib.

Sumqayitfakt.Az xəbər verir ki, O, Bakı şəhərindəki yaşadığı evində xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun cənazəsi sabah doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Sadiq Həsənağa oğlu Həsənov 1985-ci ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. O, ilk ali təhsilini Sumqayıt Dövlət Universitetininin tarix fakültəsində alıb, sonradan Çinin Pekin İdman Universitetində dövlət hesabına magistr təhsilini davam etdirib. S.Həsənov vəfat edənə qədər həmin universitetin doktorantı idi.

Bir neçə ay əvvəl səhhətində yaranan ciddi problemlər səbəbindən Azərbaycana qayıtmışdı və müalicə olunurdu. Həkimlər onun xərçəng xəstəliyinə tutulduğunu bildirmişdi. S.Həsənov Azərbaycanı dünyada təmsil edən idmançılardan biri idi. O, uzun illər idmanın kikboksinq, tayboks, uşu-sanda, qaydasız döyüş növləri ilə, bodibildinqlə məşğul olub və dəfələrlə ölkə çempionu olub, yüksək mükafatlar qazanıb.

Eyni zamanda, uşu üzrə Azərbaycan çempionatının qalibi olub. Dəfələrlə Çində Azərbaycanı bir neçə idman növləri üzrə layiqincə təmsil edib. Sadiq idmanla yanaşı paralel olaraq fitneslə də məşğuliyyətini davam etdirib. Çində dəfələrlə fitnes-model yarışlarının qalibi olub. Bundan əlavə, Çində döyüş səhnələrindən bəhs olunan onlarla filmdə oynamaq üçün dəvət alıb və obrazları canlandırıb.

Sumqayitfakt.Az










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər