Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Sumqayıtda bir qrup şəxs narkotik, psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb

Baxılıb: 3137     Tarix: 30-08-2021 20:42   
Sumqayıtda bir qrup şəxs narkotik, psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb


Polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.


Sumqayitfakt.Az xəbər verir ki, aparılan əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Sumqayıt polisinə daxil olan əməliyyat məlumatı əsasında şəhərin Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evlərinin birində narkotik vasitə yetişdirildiyi məlum olub. Belə ki, aparılan tədbirlər zamanı qəsəbə ərazisində Sumqayıt şəhər sakini, 1962-ci il təvəllüdlü Mütəlimov Ağadat Qəzənfər oğlunun həyətyanı sahəsindən ümumi çəkisi 8 kiloqram olan 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb. A. Mütəlimov maddi sübut kimi götürülmüş 11 ədəd çətənə kolu ilə birlikdə istintaq orqanına təhvil verilib.

Sumqayıt polisinin şəhər ərazisində həyata keçirdiyi digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfərdən ibarət qrup üzvləri saxlanılıb. Şəhərin 9-cu mikrorayon ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində şəhər sakinləri Elçin İmanov, əvvəllər məhkum olunmuş Tural Bayramlı və Azər Musayev saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Məlum olub ki, E. İmanov narkotik maddəni tanışı T. Bayramlıdan alıb. Sonuncuya isə narkotik maddəni A. Musayev satıb.
Daha bir əməliyyat zamanı isə şəhərin müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Teymur Həmzəyev, Arif Hüseynov, Səfər Əliyev və İlqar Əliyev saxlanılaraq istintaqa cəlb edilib. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı müxtəlif bükümlərdə heroin və psixotrop maddə olan metadon aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər