Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Bələdiyyə sədrinin meyitinin tapılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Baxılıb: 371     Tarix: 07-01-2021 11:31   
Bələdiyyə sədrinin meyitinin tapılması ilə bağlı RƏSMİ AÇIQLAMA

"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə İsmayıllı rayonu İvanovka kəndi ərazisində Göyçay rayonu, Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyitinin aşkar edilməsi barədə məlumatlar yayılıb".
Bu barədə İsmayıllı rayon Prokurorluğundan bildirilib.

"Bununla bağlı bildiririk ki, yanvarın 6-ı saat 14 radələrində Ramil Yusifovun meyitinin İvanovka kəndi ərazisində aşkar edilməsi barədə İsmayıllı rayon Prokurorluğuna məlumat daxil olub. Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və zəruri olan digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda ölümün səbəbinin müəyyən edilməsi və hadisənin təfərrüatlarının aydınlaşdırılması məqsədilə İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", prokurorluqdan bildirilib.

Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər