Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi - ŞƏKİL

Baxılıb: 3172     Tarix: 12-03-2020 11:35   
Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi - ŞƏKİL

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə departament rəisi vəfat edib.


Sumqayitfakt.Az
xəbər verir ki, bu barədə modern.az-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) məlumat veriblər. Bildirilib ki, ASCO-nun Layihələrin idarəedilməsi departamentinin rəisi Kərim Sultanov vəfat edib:

"Kərim Sultanova xas olan məsuliyyət hissi və digər yüksək insani keyfiyyətlər ona hər zaman böyük hörmət qazandırıb. Elə buna görə də Kərim Sultanovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq və daim ehtiramla yad olunacaq".
Qeyd edək ki, Kərim Sultanov 1977-ci il iyulun 29-da Bakıda anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin Dilşunaslıq/tərcüməçi-referent (ingilis-dili) ixtisasını bitirib. Kərim Sultanov əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Tibbi Kitabxanasında tərcüməçi kimi başlayıb. Daha sonralar müxtəlif illərdə Azərbaycan Futbol Assosasiyası, “Aİ crane” LTD, “Xəzərdənizneftqaztikini” tresti, “SOPS” MMC, “Makdermott Kaspian Kontraktors”da çalışıb. 2014-cü ildən ASCO sıralarına qoşulan Kərim Sultanova müxtəlif məsuliyyətli vəzifələr həvalə edilib. Göstərdiyi yüksək peşəkarlıq və işgüzarlığı ilə hər zaman etimadı doğruldub. O, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər