Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Ən çox oxunanlar
Sorğu

Almaniyada azərbaycanlılar tutuldu

Baxılıb: 3113     Tarix: 06-01-2020 14:24   
Almaniyada azərbaycanlılar tutuldu

Almaniya polisi aralarında azərbaycanlıların da olduğu 19 nəfəri saxlayıb.

Sumqayitfakt.Az bildirir ki, bu barədə “Report”un Avropa bürosuna Almaniyanın Rostok şəhər Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən gün Rostok şəhər dəmiryolu vağzalında polisin keçirdiyi reyd zamanı 19 əcnəbi saxlanılıb. Onlardan doqquzu polisə etibarsız pasport təqdim edib. Dörd nəfərin isə ümumiyyətlə hər hansı bir pasport və şəxsiyyət vəsiqəsi olmadan səyahət etdiyi məlum olub. Beş nəfərin Şengen vizasının vaxtı ötmüş olub, bir nəfər isə, polisə heç bir kimlik məlumatının olmadığı kağız verib.

Polis idarəsindəki ilkin ifadələri zamanı onlar özləri və Almaniyaya gəlmələri ilə bağlı məlumat veriblər. Polis saxlanılan şəxslərin vətəndaşlıq mənsubiyyətini də öyrənib. Onlar Makedoniya, Əfqanıstan, İraq, Suriya, Çili və Azərbaycan vətəndaşları olublar.

Rostok şəhər Federal Məhkəməsi ötən gün keçirdiyi ilkin iclasında “Almaniya Federal Yaşayış” qanununu pozduqlarına görə, onların hər birini 2430 avro məbləğində cərimələyib.

Növbəti məhkəmə iclasında saxlanılan şəxslərin ölkədən deportasiya edilməsi ilə bağlı qərar çıxarılacağı gözlənilir.

Almaniya Federal Daxili İşlər Nazirliyi yaydığı məlumatda bildirilib ki, son aylar sərhədlərinin pozulması ilə ölkəyə daxil olmağa cəhd edən əcnəbilərin sayında artım qeydə alınıb. Federal polis sərhədlərdə nəzarəti gücləndirib. Eyni zamanda əhalinin sıx olduğu dəmiryolu vağzalları, avtobus terminalları və şəhər mərkəzlərində qanunsuz miqrasiyaya qarşı keçirilən reydlərə daha çox polis əməkdaşı cəlb olunub.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər