Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu

Saxta içkidən zəhərlənənlərin sayı artır - Yeddinci qurban xəstəxanaya yerləşdirildi

Baxılıb: 3379     Tarix: 27-12-2019 16:49   
Saxta içkidən zəhərlənənlərin sayı artır - Yeddinci qurban xəstəxanaya yerləşdirildi


Dekabrın 26-da daha bir gənc "kəskin peroral metil spirti ilə ağır dərəcədə zəhərlənmə” diaqnozu ilə 1 nömrəli Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Metanolun yeddinci qurbanı Sumqayıt sakini, 1996-cı il təvəllüdlü İsmayılov Elmin İskəndər oğlu olub. O, Bakının Babək prospektində yerləşən "Piano” restoranında içdiyi ucuz viskidən zəhərlənib.

Bundan əvvəl bildirilmişdi ki, kütləvi zəhərlənmələrə görə dekabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.4 və 314.2-ci maddələri ilə cinayət işi açıldığı barədə Səhiyyə Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar.

İstintaqı Bakı Şəhər Prokurorluğu aparır.

Araşdırma zamanı müəyyənləşdirilib ki, "Baku City” restoranının müdiri Füzuli Alıyev və Xəyal Cəfərov "Chivas Regal 12” viskisini "Everest” restoranına ucuz qiymətə satıb. Bu içkini içdikdən sonra Sərxan Bayramov və Mustafa Mustafayev ölüb, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyev alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunmuş "Chivas Regal 12” spirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan dəfələrlə yüksək olduğu (76,6%) və bu içkilərin insan həyatı üçün təhlükəli olduğu aşkar olunub.

Cinayət işi üzrə Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1 və 314.2-ci, Xəyal Cəfərov isə həmin məcəllənin 200.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər