Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

32 yaşlı qızı oğurladılar - Azərbaycanda ŞOK HADİSƏ

Baxılıb: 370     Tarix: 17-09-2019 12:50   
32 yaşlı qızı oğurladılar - Azərbaycanda ŞOK HADİSƏ
Mingəçevirdə 32 yaşlı qızı oğurlayıblar.

Sumqayitfakt.Az xəbər verir ki, 13.09.2019-cu il tarixində Əhmədov Akif Şahmar oğlu DİN-in 102 xidmətinə zəng edərək bildirib ki, qızı Lalə Əhmədovanı gəlinlərinin qardaşı, onun qohumları və tanışları qaçırıb. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, qeyd olunan tarixdə, saat 10 radələrində 1987-ci il təvəllüdlü L.Əhmədovanı Tərəvəzçilik Savxozunda yerləşən evlərindən gəlinləri Çinarə Əhmədovanın qardaşı, 1992-ci il təvəllüdlü Hüseynov İlkin Ədalət oğlu, onun xalası oğlu 1982-ci il təvəllüdlü Əliyev Xəlil İbrahim oğlu, habelə Emin və Ramal adlı şəxslər zor tətbiq edərək oğurlayıb.

Sonra onu Mingəçevir şəhərində yerləşən "Su anbarı"nın yanına apararaq, orada Xəlil Əliyeva məxsus "Toyoto Prado" markalı avtomobildə saxlayıblar. Bir gün sonra polis əməkdaşları onlarla əlaqə yaradaraq, Lalə Əhmədovanı təhvil verməli olduqlarını dedikdən sonra onu polis şöbəsinə təhvil veriblər.

Hadisə ilə bağlı Mingəçevir ŞPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Cinayət işi üzrə Lalə Əhmədova zərərçəkmiş şəxs kimi tanınaraq dindirilib, məhkəmə tibbi ekspertizası təyin edilib.unikal.org

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər