Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Ermənistan diplomatları Azərbaycanın gənclər təşkilatının rəhbərinə hücum etdi

Baxılıb: 327     Tarix: 14-08-2019 16:51   
Ermənistan diplomatları Azərbaycanın gənclər təşkilatının rəhbərinə hücum etdi
Erməni diplomatlar Rusiyanın Pyatiqorsk şəhərində keçirilən “Maşuk-2019” beynəlxalq gənclər forumunda Azərbaycan nümayəndə heyətinə qarşı təxribata əl atıblar.

Sumqayitfakt.Az bildirir ki, bu barədə məlumatı virtualaz.org-a forumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Sabir Rüstəmov verib.

“Ermənistan səfiri forum iştirakçıları ilə tamamilə provokativ diskussiya aparmağa başladı. Onun əsas məqsədi forumun bütün iştirakçılarına guya Qarabağın əzəli erməni torpağı olması, azərbaycanlıların heç vaxt Qarabağda yaşamamasını çatdırmaqdan ibarət idi. Erməni səfirin təxribatçı çıxışını kəsib, ona bir neçə sual vermək istəyəndə, məni yalnız köynəyimdə iri “Azərbaycan” yazısı olduğuna görə mikrofona buraxmadılar. O zaman Azərbaycan tərəfinin iştirakçılarından biri məni dəstəklədi və mən ondan sual verməyini istədim. O dedi ki, onun əcdadları qədimdən bu yana Qarabağda yaşayıblar və səfirin dedikləri həqiqəti əks etdirmir, çünki o, azərbaycanlıların hər zaman Qarabağda yaşadığına dair canlı nümunədir. O, həmçinin qeyd etdi ki, onun bütün ailəsi öz torpaqlarından qovulub”- nümayəndə heyətinin rəhbəri bildirib.

S.Rüstəmov səfirin təxribatlarının bununla yekunlaşmadığını deyib:

“Bundan sonra səfir bizi daha çox təxribata çəkməyə çalışdı və Azərbaycanın heç vaxt kompromisə getmədiyini və guya məhz bizim aqressor olduğumuzu deməyə başladı. Təbii ki, mənim əsəblərim xalqıma qarşı bu cür davranışa tab gətirmədi. Mən mikrofonsuz qışqırmağa və bütün iştirakçılara səfirin yalan dediyini söyləməyə başladım. Bütün səsimlə qışqırdım ki, Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın 20% torpağını – Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal altında saxlayır. Hər kəs mənə baxdı. Nəticədə səfir özünün təxribatçı nitqini dayandırmaq məcburiyyətində qaldı. Məni artıq dayandırmaq mümkün deyildi. Mən qışqırırdım ki, “Qarabağ Azərbaycanın tarixi torpağıdır”, “Erməni aqressiyası nəticəsində Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan torpaqlarının 20%-i işğal altındadır”, “Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün var”, “Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb”. Forum iştirakçıları məni alqışlamağa başladılar ki, bu da Ermənistan nümayəndə heyətini özündən çıxartdı. Erməni qadın diplomatlar üzərimə atılmağa, “Azərbaycan” yazısı olan köynəyi cırmağa, sifətimi cırmaqlamağabaşladılar. Onlar məni təxribata çəkmək istəyirdilər ki, əl qaldırım. Mən həmin an müdafiə olunmadan dayanırdım və az sonra təşkilatçılar onları tədbirdən uzaqlaşdırdılar”.

S.Rüstəmov deyib ki, o ermənilərin təxribatı üzündən forumu tərk edəndən sonra hazırda oteldədir və baş verənlər haqda Azərbaycanın Gənclər və İdman Nazirliyini məlumatlandırıb. Nazirlikdən deyiblər ki, məsələni araşdırırlar və forumdakı Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunması üçün bütün mümkün tədbirləri görürlər.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər