Xəbər xətti

17-07-2019

Yazarlar




Namiq Dəlidağlı

Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Rus alim Azərbaycanın 1200 illik tarixini açıqladı

Baxılıb: 3111     Tarix: 10-07-2019 16:50   
Rus alim Azərbaycanın 1200 illik tarixini açıqladı
Sosial şəbəkələrdə tarixə dair analizləri və tədqiqatları ilə məşhurlaşan tarixçi Oleq Petrenkonun Yutub kanalı bir neçə ay əvvəl naməlum səbəblərdən bloklanıb.

Sumqayitfakt.Az axar.az-a istinadən bildirir ki, uzun müddətdən sonra tədqiqatçı yeni Yutub kanalını açıb. Petrenko yeni kanalında ilk videosunu Azərbaycan və ölkəmizin şəhərlərinə dair xatırlatmalar olan qədim xəritə və kitablara həsr edib.

O, əlindəki material əsasında Azərbaycan xalqının tarixinin ən azı min ildən çox olduğunu bildirib.

"Bizim əlimizdə Azərbaycan xalqının çoxəsrlik tarixinə dair faktlar var. 1864-cü ildə Londonda "Kral Coğrafiya Cəmiyyətinin əsərləri" adlı kitab çap olunur. Azərbaycan kimi tanınan ölkə Rusiya və İran arasında bölünüb. Azərbaycan ərazisi təxminən 80 min kvadrat mil: 50 min kvadrat mil Rusiya (indiki Azərbaycan və Ermənistan əraziləri), 30 min kvadrat mil (yalnız Cənubi Azərbaycan xanlıqlarının ərazisi nəzərdə tutulur - red.) isə İran ərazisində göstərilib", - təqdiqatçı bildirib.

Qeyd: 1813-1828-ci illərdə Azərbaycan dövlətinin ərazisi 410 min kv/km olub. "Türkmənçay" müqaviləsi ilə Azərbaycanın Arazın güneyindəki 280 min kv/km ərazisi İrana, 130 min kv/km. ərzisi isə Rusiyaya qatılıb.

Azərbaycan şəhərləri arasında İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Şirvan, Şəki, Şamaxı, Bakı, Quba və Salyan göstərilib.

"Rus general-mayoru, senator, yazıçı, kartoqraf Stepan Daniloviç Burnaşov 1786-cı ildə "İran azərbaycanlılarının regionlarının təsviri və onların siyasi vəziyyəti" adlı kitab yazıb. Qafqaz diyarının bu xəritəsində 1799-cu il sərhədləri göstərilib və İrəvan xanlığı Azərbaycan Qacar sülaləsinin tabeliyində olduğu qeyd edilib", - Petrenko bildirib.

Qədim xəritələrdə Azərbaycan əraziləri Şirvan kimi qeyd edilib. Azərbaycanın bir hissəsi isə Midiya adlandırılır.

Moskvadakı erməni muzeyində Xəzər dənizinin xəritəsi saxlanılır.

Sözügedən xəritə 1730-cu ildə yaradılıb. Bu xəritədə müasir Azərbaycan ərazisində eyni zamanda Midiyanın (Səfəvi dövləti nəzərdə tutulur) regionlarından biri olan Şirvan dövləti yerləşir.

Xəzər dənizinin 1736-cı ildə Britaniyada dərc olunan xəritəsində Şirvan Midiya dövlətinin bir hissəsi kimi qeyd olunur.

Xəzər dənizinin Fransada nəşr olunan xəritəsində isə müasir Azərbaycanın ərazisi Şirvan və ya Midiya adı altında göstərilir.

Sözügedən xəritə 1630-cu ildə yaradılıb. Bakı şəhəri bu xəritədə Midiya dövlətinin ərazisində yerləşir.

Alman kartoqrafı Yohan Homon Asiyaya səyahət edib. 1762-ci ildə kartoqraf şəhərlərin təsvirləri ilə birlikdə planını hazırlayıb. Onun xəritəsində Bakı şəhəri Midiya dövlətinin, Şamaxı şəhəri isə Şirvanın tərkibində göstərilir.

"IX əsrdə əl-Yaqubi kitab yazıb. O, ərəb səyyahı, tarixçi və coğrafiyaçısıdır, IX əsrdə yaşayıb və 897-ci ildə vəfat edib. Bu kitabdan biz Azərbaycanı ayıraq və Quqlun tərcümə xidmətində tərcümə edək. Artıq 800-cü illərdə Azərbaycanın mövcud olduğu ortaya çıxacaq. Daha doğrusu, hələ IX əsrdə yalnız Azərbaycan dövləti deyil, Azərbaycan xalqı anlayışı da mövcud olub. Bir daha təkrar edirəm ki, bütün bunlar 800-ci ilə aiddir.

II Aleksandr dövründə 1871-ci ildə yazılmış daha bir kitaba nəzər salaq. Sözügedən kitab Rusiyanın Dövlət Kitabxanasında yerləşir. Kitabda deyilir: "Bütün Azərbaycanda ən yaxşı hesab olunan Gəncə qalası da Rusiya qoşunlarına qarşı dura bilmədi". Kitabda Rusiyanın Qacarlar sülaləsinə qarşı apardığı müharibə əks olunub. Qacarlar - Azərbaycan dilində danışan, türk-azərbaycanlılardır", - Petrenko bildirib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər