Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

DÜNYADA İLK: Oğuldan ataya vena köçürüldü

Baxılıb: 3145     Tarix: 29-03-2019 21:35   
DÜNYADA İLK: Oğuldan ataya vena köçürüldü
Bu vaxta kimi vena damarlarının transplantasiyası ölü donorlardan köçürülürdü.

Sumqayitfakt.Azxəbər verir ki, İsraildə baş tutan əməliyyatda oğuldan ataya damar köçürülüb və bununla da tarixi ilkə imza atılıb.

Bu nadir əməliyyat Yerusəlimdə olan xəstəxanaların birində baş tutub. Belə ki, oğuldan ataya vena transplantasiyası edilib və nəticədə 60 yaşlı atanın ayağı kəsilməkdən xilas edilib.

Atanın ayaqlarında olan damarların tutulması nəticəsində toxumalarda olan oksigen təchizatı pozulub. Xəstəlik daha da irəliləyərək qanqrenə səbəb olub. Həkimlər bildiriblər ki, onu xilas etməyin yeganə yolu ayağın amputasiyasıdır.

Buna qədər İsrail cərrahları kişinin ayağını xilas etməkdən ötrü mümkün olan hər şeyi ediblər. Onun ayaq damarlarına katetr qoyulsa belə, heç bir nəticə əldə edilməyib.

Pasiyenti amputasiyaya hazırlayarkən psofessor Ron Karmeli onun dabanında 2 mm ölçüdə canlı damara birləşdirilə biləcək arteriya hissəsi aşkar edib. Cərrah, xəstəyə əlavə yolla ayağın qan dövranının bərpasının mümkün olduğunu izah edib.

Amma keçirdiyi əməliyyatlar nəticəsində xəstənin ayaqlarında şunt etmək üçün sağlam damarların olmadığı məlum olub. Buna görə də həkimlər onun ayağını dizdən aşağı kəsməyə qərar veriblər.

Professor Karmeli isə təslim olmayıb. O, xəstənin ayağını xilas etmək üçün son səfə cəhd edib: transplantasiya üçün vena tapmaq məqsədilə xəstənin uçaqlarına müraciət edir. Xəstənin övladlarını müayinə edərək toxumaların uyğunluğu yoxlanılır.

Xəstənin 27 yaşlı oğlu Nir transplantasiya uçun uyğun gəlir. O, atasını xilas etmək üçün əməliyyata razılıq verir.

4 saatlıq əməliyyatdan sonra həkimləri xəstənin damarlarını oğlundan götürdükləri venaların köməyilə şuntlayırlar. Əməliyyatdan sonra həkimlər xəstəni və oğlunu evə yazıblar. Onların hər ikisi özlərini yaxşı hiss edir.

Həkimlərin bildirdiklərinə görə, canlı insandan vena köçürülməsi əməliyyatı tibb tarixində bir ilkdir.medicina.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər