Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
Sorğu

Gürcüstanda azərbaycanlı jurnalist dünyasını dəyişdi

Baxılıb: 481     Tarix: 19-11-2018 19:15   

Mətbuat Şurası jurnalist Elman Kələyevin vəfatı ilə bağlı nekroloq yayıb.

Mətbuat Şurasından verilən məlumata görə, nekroloqda deyilir: "Soydaşlarımızın sıx məskunlaşdıqları Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan” qəzetinin redaktor müavini, ölkənin Əməkdar jurnalisti Elman Hüseyn oğlu Kələyev dünyasını dəyişib. Bu münasibətlə mərhumun doğmalarına, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Elman Kələyev 1949-ci il oktyabrın 20-də Marneulidə anadan olub. 1957-1967-ci illərdə doğulduğu şəhərdə orta təhsil alıb. 1970-1974-cü illərdə Tiflisdəki Tiflis Dövlət Pedaqoji İnstitutunun pedaqoqika fakültəsində oxuyub. Ali məktəbi bitiridikdən sonra Tiflisdə nəşr olunan “Sovet Gürcüstanı” qəzetində (hazırda “Gürcüstan” qəzeti) ştatdankənar müxbir vəzifəsində çalışıb. 1974-cü ilin noyabr ayında ali təhsilli mütəxəssis kimi Odessa şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis edildikdən sonra yenidən qəzetdə fəaliyyətini davam etdirib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1991-ci ildə “Gürcüstan” qəzetinin məsul katibi vəzifəsinə təyin edilib.

E.Kələyev redaksiyada çalışmaqla bərabər, Azərbaycan dilində çıxan bir neçə ədəbi-bədii və lüğət kitablarının redaktoru olub və Gürcüstan Konstitusiyasını, seçki haqqında məcəllələri və müxtəlif nəşrləri redaktə edib. Gürcüstanda çıxan “Əhli-Beyt” jurnalının baş redaktoru olmuş E.Kələyev həmçinin APA-nın (Azəri-Press Agentliyinin) Gürcüstan bürosunun əməkdaşı vəzifəsində çalışıb.

Jurnalistika sahəsində çalışarkən Elman Kələyev Gürcüstanın və Azərbaycanın qəzet və jurnallarınada, Moskvada nəşr edilən “Panorama Azerbaycana” qəzetində müxtəlif mövzulu maraqlı yazılarla çıxış edib.

Elman Kələyev mətbuat sahəsindəki səmərəli fəaliyyətinə görə Gürcüstan prezidentinin 1997-ci il 16 oktyabr tarixli fərmanı ilə “Şərəf” medalına və digər mükafatlara layiq görülüb.

2015-ci ildə Gürcüstanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bir daha Elman Kələyevin vəfatından kədərləndiklərini bildirir, mərhum jurnalistin doğmalarının, əzizlərinin, yaxınlarının və dostlarının üzüntüsünü bölüşürlər.

Allah rəhmət eləsin!"

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər