Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Ərdoğan və Merkel mətbuat konfransında mübahisə etdi

Baxılıb: 4439     Tarix: 02-02-2017 19:46   
Ərdoğan və Merkel mətbuat konfransında mübahisə etdi


Almaniyanın federal kansleri Angela Merkel Türkiyədəki Konstitusiya dəyişikliyində hakimiyyət bölgüsü prinsipinə təminat verilməsinin zəruriliyini vurğulayıb.

Merkel bu sözləri bu gün Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, yeni idarəetmə sistemində türk xalqının müdafiə etdiyi demokratik prinsiplər qorunub saxlanılmalıdır. A. Merkel ATƏT müşahidə missiyasının Türkiyədəki Konstitusiya dəyişikliyinə dair referendumun müşahidəçiliyinə dəvət olunmasını təklif edib.

Mətbuat konfransında İŞİD-dən bəhs olunarkən A. Merkelen “islamist terror” ifadəsi işlətməsi R. T. Ərdoğanın etirazına səbəb olub. “İslamist terror ifadəsi biz müsəlmanları ciddi şəkildə üzür. Belə bir ifadədən istifadə olunması doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz. İslam sözünün mənası sülhdür. Bu sözdən lütfən istifadə etməyək. İstifadə edilsə, biz buna qarşı çıxacağıq, çünki səssiz qalmaq bunu qəbul etmək olar. Mən bir müsəlman prezident olaraq bunu əsla qəbul edə bilmərəm”, - deyə R. T. Ərdoğan söyləyib.

A. Merkel isə cavab olaraq “islamist” sözü ilə “islami” sözü arasında fərq olduğunu vurğulayıb: “Din azadlığı mənim üçün çox önəmlidir və bunu demokratiyanın bir parçası olaraq görürəm. Almaniyada müsəlmanların öz ibadətlərini azad şəkildə yerinə yetirmələri üçün əlimizdən gələni edirik. İslamist sözü ilə islami sözü arasında fərq var”. apa

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər