Xəbər xətti
22-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

İstanbuldakı terrora görə tutulan azərbaycanlı nə tələb edib?

Baxılıb: 4510     Tarix: 04-07-2016 22:32   
İstanbuldakı terrora görə tutulan azərbaycanlı nə tələb edib?
Sumqayitfakt.Az

İstanbulun Atatürk aeroportundakı terror aksiyası törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı barəsində iyulun 3-də həbs qətimkan tədbiri seçilib.

İyunun 29-da axşam saatlarında İstanbulun Atatürk aerportunda İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən terror aktının təşkilatçılarından olduğu iddia edilən Azərbaycan vətəndaşı Elçin Bünyadov Bakırköy rayonu 3-cü Sülh Cəza Məhkəməsinin hökmü ilə həbs edilib.

Məhkəmədə E. Bünyadovun hüquqlarını İstanbul Vəkillər Kollegiyasının təyin etdiyi vəkil Figen Ava Destanoğlu vəkil müdafiə edib.

E. Bünyadova qarşı Türk Cəza Qanununun “Silahlı terror təşkilatına üzv olmaq və planlaşdıraraq adam öldürmə suçuna yardım etmə” maddəsi üzrə ittiham irəli sürülüb, o, cəza evinə göndərilib.

APA-nın müxbiri məhkəmənin protokolunu da əldə edib. Protokoldan aydın olur ki, məhkəmə prosesində E. Bünyadovun vəkili müdafiəçisi olduğu şəxsə qarşı irəli sürülən ittihamları qəbul etmədiklərini açıqlayıb.

"Müdafiəçisi olduğum şəxsə aid edilən suçlamaları qəbul etmirik. Özü Türkiyədə yaşamaqdadır. Sabit yaşayış ünvanı var.

Bu cəhətləri nəzərə alaraq, müdafiə etdiyim şəxs həbs edilmədən istintaqın aparılmasını, bu olmazsa, ədliyyə nəzarəti tətbiq edilərək istintaqın aparılmasını tələb edirəm”, - deyə vəkil bildirib.

Lakin məhkəmə vəkilin bu tələbini nəzərə almayaraq, E. Bünyadovun həbsinə qərar verib.
İstanbuldakı terrora görə tutulan azərbaycanlı nə tələb edib?

Məhkəmə Protoklu
E. Bünyadovdan başqa, terror aksiyasında şübhəli bilinən daha 3 əcnəbi vətəndaş da həbs edilib. Məhkəmə onların vətəndaşları olduqları ölkələrin Türkiyədəki konsulluqlarına bu barədə məlumat verilməsi barədə də qərar qəbul edib.

Qeyd edək ki, iyunun 29-da Atatürk aeroportunda 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb. Terror aktına görə 13 nəfər tutulub. Onlardan 4-ü, o cümlədən E. Bünyadov xarici vətəndaşdır.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər