Xəbər xətti
22-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Bakı məktəblərinə istiliyin verilməsinə başlanılıb

Baxılıb: 360     Tarix: 15-11-2021 12:47   
Bakı məktəblərinə istiliyin verilməsinə başlanılıb


Bakı məktəblərinə istiliyin verilməsinə başlanılıb.

Bu barədə Sumqayitfakt.Az Bakı Şəhər Təhsil İdarəsinə istinadən xəbər verir.

"Ümumi təhsil müəssisələrinin istilik təminatı Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, hər il ənənəvi olaraq noyabrın 15-dən başlayır və aprelin 15-dək davam edir.

Bu istiqamətdə öncədən 2021-2022-ci tədris ilində payız-qış mövsümünə hazırlığın yoxlanılması məqsədilə monitorinqlər aparılıb. Monitorinq zamanı qazanxanalar, istilik xətləri, radiatorlar yoxlamadan keçirilib və aşkarlanmış nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görülüb.

Sıradan çıxmış radiatorların, dövriyyə nasoslarının dəyişdirilməsinə, istilik xətlərinin yenilənməsinə və bəzi məktəblərin qazanxanalarında qazın təzyiqinin artırılmasına olan ehtiyaclar ümumiləşdirilərək bu barədə müvafiq qaydada müraciət olunub və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Bundan əlavə, məktəblərin tüstü borularında müvafiq qurumlarla birlikdə təmizlik işləri, həmçinin qapı pəncərələrin zəruri təmiri yerinə yetirilib. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə məktəblərdə çalışan ocaqçılar da mütəmadi olaraq təlimlərdə iştirak edirlər.

Monitorinqlər zamanı təhsil müəssisələrinin istilik sistemlərindəki müəyyən edilmiş problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlərlə yanaşı, cari problemlərin aradan qaldırılması da diqqət mərkəzində saxlanılır. Mövsüm ərzində hər hansı problem yaranarsa, onlar da operativ həll olunur", - idarədən bildirilib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər