Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

DİN: "Meyxanaçının siyasi qafiyələrə görə həbs olunması iddiaları yalandır"

Baxılıb: 375     Tarix: 19-10-2021 14:31   
DİN: "Meyxanaçının siyasi qafiyələrə görə həbs olunması iddiaları yalandır"


"Meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan iddialar yalandır, əsassızdır".

Sumqayitfakt.Az xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"İddia olunur ki, bir neçə il əvvəl dediyi hansısa qafiyəyə görə, cəzalandırılır. Doğrudanmı, bu iddiaları yayanlar o qədər təəssübkeşdir? Bu təəssübkeşlər məhkəmə prosesində iştirak edib, istintaq materialları tanış ola bilər. Halbuki o, istintaqa öz əməlini etiraf edib. Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün cari ilin may ayında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.

Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Onun əməli istintaqla tam sübuta yetirilib. Onun cinayət işi üzrə istintaq hərəkətləri sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib", - E.Hacıyev bildirib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər