Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Nəqliyyatla bağlı yaradılan yeni Agentlikdən nə gözləyirik?

Baxılıb: 359     Tarix: 13-10-2021 08:41   
Nəqliyyatla bağlı yaradılan yeni Agentlikdən nə gözləyirik?


Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana əsasən, avtomobil nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) publik hüquqi şəxs yaradılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olacaq qurum Avtomobil Nəqliyyatı Xidmətinin əsasında yaradılıb. Bəs yeni agentlik avtomobil nəqliyyatı sahəsində hansı dəyişiklikləri edəcək? AYNA-dan gözləntilər nədir?

Sumqayitfakt.Az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun dediyinə görə, ölkədə avtomobil nəqliyyatı ilə həm sərnişin, həm də yük daşımalarında çox ciddi problemlərin olması baxımından AYNA publik hüquqi şəxsin yaranması gözlənilən idi:

"Avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin düzgün müəyyən olunması, dəqiq icrası, icraya nəzarət, fəaliyyətin düzgün koordinasiyası sahəsində çox ciddi boşluqlar var. Bütün bunlar aradan qaldırılmalıdır. Ümid edirik ki, yeni yaradılan AYNA həmin problemlərin aradan qaldırılmasında fəal olacaq və nəticələri görəcəyik. Birincisi, nazirliyin adı dəyişdirildi. Həmin nazirliyin tabeliyində Dövlət Avtomobil Nəqliyyatı Xidməti və bu xidmətə bağlı olan regional idarə və müəssisələrin hamısı birləşdirildi.

Ölkəmizin 3 böyük şəhərində Bakı, Sumqayıt və Gəncədə ictimai nəqliyyatın idarə olunması Nəqliyyat Nazirliyinə tabe olmayan başqa qurumlar tərəfindən həyata keçirilib. Paytaxt Bakı yenə əvvəlki kimi Bakı Nəqliyyat Agentliyində qalır, Sumqayıt və Gəncənin ictimai nəqliyyatı idarə edən idarələri artıq yerli icra hakimiyyətlərinə yox, AYNA-ya birləşdirilib. Bu, əslində doğru qərardır, hələ bir az da irəli getmək lazımdır. Əslində ölkə üzrə bütün ictimai nəqliyyat da vahid mərkəzdən idarə olunsa, daha doğru format olar".

Həmçinin oxuyun: Azərbaycanda Yerüstü Nəqliyyat Agentliyi yaradıldı

Ə. Hüseynov hesab edir ki, AYNA-nın yaradılması ilə dövlət bücdəsinin yükü azalacaq. Çünki publik hüquqi şəxslərin təsərrüfat fəaliyyəti ilə məşğul olma imkanlarına görə oradan da gəlir əldəetmə hüquqları var:

"AYNA da həmin imkanlardan istifadə edəcək. Publik hüquqi şəxslərlə müqavilələr bağlanır və dövlət də onlara sahibkarlıq subyekti kimi sifariş verir. Bu da maliyyələşmənin daha yaxşı olması və dövlət büdcəsinin yükünün azaldılması deməkdir. Ən başlıca gözləntimiz odur ki, nəhayət ki, ölkəmizdə avtomobil nəqliyyatı ilə bağlı yığılıb qalmış problemlərin həllinə başlanılacaq.

10-12 il əvvəl keçmiş Nəqliyyat Nazirliyinin vaxtında Azərbaycanda avtomobil nəqliyyatı ilə həm sərnişin, həm də yük daşımalarda kifayət qədər mükəmməl qanunvericilik qəbul olunub. Amma həmin qanunvericiliyin bu günə qədər demək olar ki, 70 faizi kağız üzərindədir. İcazə sistemi, sürüclərə dair tələblər, nəqliyyata dair tələblər, taksi daşımalarındakı pərakəndəlik hər kəsin gözü qabağındadır. Ümid edirik ki, bu sahədə irəliləyiş olacaq. Yeni təşkilat həm də yeni nəfəs deməkdir".

Ekspertin sözlərinə görə, avtomobil nəqliyyatı ilə bağlı təkmilləşdirmədə növbəti addım ölkənin avtomobil nəqliyyatını idarə edəcək vahid qurumun yaradılmasıdır. Ölkənin nəqliyyat sistemindəki müsbət dəyişikliklərin nə vaxt hiss olunacağına  gəlincə isə, Ə. Hüseynov hesab edir ki, təxminən 5-6 aydan sonra ilk addımları görə biləcəyik.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər