Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Əfqanıstanın keçmiş prezidentinin mühafizəçisi: “Əşrəf Qani ölkədən milyonlarla dolları aparıb”

Baxılıb: 376     Tarix: 10-10-2021 08:43   
Əfqanıstanın keçmiş prezidentinin mühafizəçisi: “Əşrəf Qani ölkədən milyonlarla dolları aparıb”
Əşrəf Qani


Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaninin təhlükəsizlik xidmətinin rəhbəri Piraz Ata Şarifi onda sabiq dövlət başçısının ölkədən milyonlarla dollarla qaçmasını sübut edən videogörüntünün olduğunu bildirib.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Şarifinin sözlərinə görə, onda prezident sarayının müşahidə kameralarının külli miqdarda pulun Əfqanıstanın keçmiş lideri tərəfindən ölkədən çıxarılmasını təsdiqləyən görüntüləri var.

"Məndə Əfqanıstanın Mərkəzi Bankının işçisinin külli miqdarda pulu Qaniyə o ölkədən getməzdən əvvəl gətirdiyini əks etdirən videogörüntülər var. Yüz milyonlarla, ola bilsin, milyardlarla dollar. Bu pul valyuta birjası üçün nəzərdə tutulurdu", - Qaninin keçmiş mühafizəçisi bildirib.

Prezidentin mühafizə xidmətinin sabiq rəhbəri qeyd edib ki, təhlükəsiz şəraitdə olan kimi sübutları təqdim edə biləcək. Qeyd edək ki, Piraz Ata Şarifi Əfqanıstandan təxliyə etməyə müvəffəq olmayıb, o indi "Taliban" hərəkatının silahlılarından gizlənir.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər