Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Bu gün İraqda növbədənkənar parlament seçkiləri keçiriləcək

Baxılıb: 380     Tarix: 10-10-2021 08:36   
Bu gün İraqda növbədənkənar parlament seçkiləri keçiriləcək


Bu gün İraqda Nümayəndələr Şurasına (parlament) növbədənkənar seçkilər keçiriləcək.

Sumqayitfakt.Az xəbər verir ki, 322 deputat mandatına 3,2 mindən çox namizəd iddialıdır. Onlardan 951-i qadındır. Deputatlığa iddialılardan 789-u müstəqil namizədlərdir.

Ölkənin 83 seçki dairəsində əsasən dini və etnik zəmində qurulan qanunverici orqandakı yerlər uğrunda 109 partiya və 21 siyasi koalisiya mübarizə aparacaq.

Qeyd edək ki, İraqda növbədənkənar seçkilərin keçirilməsinə zərurət 2019-cu ilin payızında ölkəni bürüyən etiraz dalğalarından sonra yaranıb. Həmin vaxt Ərəb Respublikasında 1 il əvvəl - 2018-ci ilin may ayında əvvəlki seçkilərin nəticələrinə görə qurulan Nazirlər Kabineti kütləvi etirazlara görə istefaya gedib.

Son aylar təhlükə altında olan, əvvəlcə təşkili 6 iyuna planlaşdırılan ümumxalq səsverməsi olduqca ciddi təhlükəsizlik tədbirləri ilə keçiriləcək. Xüsusən bu gün ölkənin bütün sərhəd keçid məntəqələri və hava limanları bağlanacaq.

Qeyd edək ki, 40 milyon nəfər əhalisi olan İraqda təxminən 26,9 milyon insanın səs vermək hüququ var.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər