Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Hacıqabul Sənaye Məhəlləsinin rezidentinin yeni istehsal xətti işə düşüb

Baxılıb: 360     Tarix: 17-09-2021 18:12   
Hacıqabul Sənaye Məhəlləsinin rezidentinin yeni istehsal xətti işə düşüb


Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş Park” MMC-nin avtomobil istehsalı zavodunda minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı üzrə yeni xətt istifadəyə verilib.

Sumqayitfakt.Az xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, "Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Emin Axundov, Özbəkistanın “UzAvtoSanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov da iştirak ediblər.

Bu xətt üzrə “Azərmaş Park”ın Özbəkistanın “UzAvtoSanoat” Səhmdar Cəmiyyəti ilə birgə layihəsi olan və “General Motors” (ABŞ) şirkətindən əldə olunan razılıq əsasında “Chevrolet” markalı minik avtomobillərinin və Yaponiyanın “İSUZU” brendinin avtobusları və pikapları istehsal ediləcək.

Yeni istehsal xəttində il ərzində 6 modeldə 5000 ədəd “Chevrolet” minik avtomobilləri, 1000 ədəd “İSUZU” markalı avtobus və pikapların buraxılması nəzərdə tutulur. Avtobuslar 2, pikaplar isə 6 komplektasiyada olacaq.

Hacıqabul Sənaye Məhəlləsi ölkə prezidentinin 25 iyul 2017-ci il tarixli sərəncamı ilə yaradılıb. Burada dövlət vəsaiti hesabına lazımi infrastruktur yaradılıb, inzibati bina, texniki və köməkçi binalar tikilib, abadlıq işləri aparılıb. Digər sənaye məhəllələrinə olduğu kimi, Hacıqabul Sənaye Məhəlləsinə də sahibkarlar böyük maraq göstərir.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər