Xəbər xətti
19-10-2021
18-10-2021
17-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

"Azercell" şəhid övladları və qazilərin peşə təlimi keçməsinə dəstək olub

Baxılıb: 360     Tarix: 08-09-2021 18:15   
"Azercell" şəhid övladları və qazilərin peşə təlimi keçməsinə dəstək olub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin (AmCham Azərbaycan), “Azercell Telekom” MMC-nin və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azərbaycan) tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsinin qaziləri və şəhid ailələrinin üzvlərinə dəstək olaraq yeni sosial təşəbbüsə start verildi.

Sumqayitfakt.Az xəbər verir ki,, “Peşəkar İnkişaf və Karyera Hazırlığı” adlı yeni layihə çərçivəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən müharibə qaziləri və vətən üçün canından keçən şəhidlərin övladlarına peşə istiqamətini seçməyə və öz potensiallarını reallaşdırmağa dəstək olan təlimlər təşkil ediləcək.

Təlimlər onlayn şəkildə həyata keçiriləcək. Layihənin 25 iştirakçısı ingilis dili və kompüter kurslarına cəlb olunacaqlar. Bununla yanaşı, layihə çərçivəsində gənclərə peşəkar inkişaf üzrə karyera təlimləri də təşkil ediləcək. Layihə boyunca iştirakçıları yüksəksürətli mobil internet xidmətləri ilə ölkənin lider mobil operatoru "Azercell" təmin edəcək. Belə ki, iştirakçılara Azercell tərəfindən datakart və 6 ay ərzində 5G həcmində mobil internet paketi təqdim ediləcək. Eyni zamanda, layihənin onlayn təşkilini dəstəkləmək üçün AmCham üzvləri tərəfindən hər bir iştirakçıya kompüter də ayrılıb. Təlimlər “Celt Colleges” və “JA Azərbaycan”ın peşəkarları tərəfindən keçiriləcək. Layihəni uğurlu şəkildə başa vurmuş iştirakçılar AmCham-a üzv olan şirkətlərdə təcrübə keçmək imkanı da əldə edəcəklər. İştirakçıların siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilib.

"Azercell" həm 44 günlük müharibə dövründə, həm də sonrakı müddətdə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayıb, xüsusi sosial layihələrin təşəbbüskarı kimi çıxış edib. Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcları ləğv edilib. Böyük amallar uğrunda canını fəda edən hərbçilərimizin övladlarına psixoloji dəstək məqsədilə təlimlər təşkil olunub. Həmçinin balacaların öz qəhrəman ataları haqda xatirələrindən ibarət kitab dərc olunması planlaşdırılır. Bütün Azərbaycan xalqı üçün önəmli olan bu zamanda şirkətin əməkdaşlarından ibarət “Azercell Könüllüləri” də xeyriyyə təşəbbüsləri həyata keçirərək ölkənin ictimai həyatında fəal iştirak ediblər. Fəaliyyətində milli-mənəvi dəyərləri daima yüksək tutan Azercell şirkəti bundan sonra da hünərlik zirvəsi olan şəhid və qazi ailələrinə dəstək olmağa davam edəcək.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər