Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

İsrail Azərbaycana “daha çox dron” göndərəcək?

Baxılıb: 4477     Tarix: 12-04-2016 09:23   

İsraildə çıxan Haaretz qəzeti Meretz partiyası sədrinini ölkənin müdafiə nazirinə yazdığı etiraz məktubuna istinadən bildirir ki, İsrail yaxın günlərdə Azərbaycana “daha çox dron” göndərməyə hazırlaşır
İsrail Azərbaycana “daha çox dron” göndərəcək?

İsrail müdafiə nazirinə göndərdiyi məktubda Meretz partiyasının sədri xanım Zehava Galon, Azərbaycan İsrail silahlarından Dağlıq Qarabağda istifadə etməyəcəyi barədə vəd verənədək Bakıya silah satışının dayandırılmasına çağırıb.

Moshe Yaalona yazdığı məktubda Galon bildirir ki, İsrail qarşıdan gələn günlərdə Azərbaycana dronların yeni dəstlərini göndərməyə hazırlaşır.

Xanım Galon İsrail silahlarından Dağlıq Qarabağdakı erməni qüvvələrinə qarşı istifadə edilməsinin əleyhinə olduğunu yazır.

Öz məktubunda partiya lideri xatırladır ki, həm Ermənistan, həm də Azərbaycan İsrailə dost ölkələrdir və belə olan halda İsrail silahlarının Dağlıq Qarabağda istifadə olunması yolverilməzdir.

Sol təmayüllü Meretz partiyasının sədri bunu da bildirir ki, “son döyüşlərdə hər iki tərəf müharibə qanunlarını pozub”.

Galon İsrail hökumətini “onsuz da od içində olan torpağa odlu silahlar göndərməməyə” çağırıb.

Meretz lideri bəyan edib ki, onun məlumatına görə, İsrail artıq indiyədək Azərbaycana çox sayda “Harop” intiharçı dronları verib.

Xanım Galon məktubunda yazır ki, onda olan məlumata görə, İsrail bu yaxınlarda Azərbaycana dronların yeni dəstlərini göndərməlidir.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Azərbaycana aid dronlardan birinin avtobusa çırpılaraq Qarabağda cəbhə xəttinə gedən “7 erməni könüllüsünü” öldürdüyünü iddia edib.

Galon, İsrail mediasının yaydığı bəzi məlumatlara istinadən yazır ki, İsrail və Azərbaycan arasında son illərdə 5 milyard dollarlıq silah sazişi imzalanıb.

“Bu, bizim borcumuzdur ki, bu silahlar bizə dost olan ölkələrə, xüsusən də mülkilərə qarşı işlədilməsin” – yazır Galon.

Yerevan İsrail silahından imtina edib

Haaretz qəzeti bundan əvvəl xəbər vermişdi ki, Ermənistanın, Misirdəki səfiri (o həm də İsrail üzrə müvəkkildir) ötən həftə Yerusəlimə gələrək Xarici İşlər Nazirliyində “dron insidenti” ilə bağlı etirazını bildirib.
Səfir habelə İsrailin Azərbaycana başqa silahları satmasına da etiraz bildirib.

İsrailin Müdafiə Nazirliyi Haaretz qəzetinin sorğusuna cavab olaraq bildirib ki, sözü gedən etiraz məktubunu alıb, lakin bundan artıq şərh vermək niyyətində deyildir.

Qəzet AzadlıqRadiosuna istinadən yazır ki, Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın sözlərinə görə, İsrail Azərbaycana “sözü gedən dronlar da daxil”, satdığı silahlardan Ermənistana da təklif edib, lakin Yerevan belə silahlara ehtiyacı olmadığını bildirib.

azadliq.org


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər