Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda narkotik satan 3 nəfər tutulub

Baxılıb: 3127     Tarix: 04-08-2021 20:51   
Sumqayıtda narkotik satan 3 nəfər tutulub


Polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

Sumqayitfakt.Az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin müxtəlif ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan daha 3 nəfər tutulub.

Əməliyyatlar zamanı şəhər sakinləri Ayaz Həsənov, Etibar Məmmədov və Rafiz Kərimov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı müvafiq olaraq 350 qrama yaxın heroin, 400 qram marixuana və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə şəhər ərazisində yerləşən bir mağazadan oğurluq edən Münasib Şirinov saxlanılıb. Onun gecə saatlarında mağazaya daxil olaraq oradan müxtəlif əşyalar oğurladığı məlum olub.
Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin və digər hüquq pozuntularının qarşısının alınması istiqamətində Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər