Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq genişlənir

Baxılıb: 3124     Tarix: 25-07-2021 10:12   
Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq genişlənir


Digər postsovet ölkələri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləmdə daha böyük nüfuz sahibi olması sevindiricidir. Ötən illər ərzində ölkəmiz bir çox nüfuzlu təşkilatların üzvü olub, həmin qurumlara uğurla sədrlik də edib.

Sumqayitfakt.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, Masallı rayon sakini Hikmət Xəlilov deyib.

Bir qayda olaraq, beynəlxalq təşkilatların rəhbərlərinin ölkəmizə səfərləri, həmçinin Prezident İlham Əliyevin nüfuzlu qurumların tədbirlərində iştirakı və çıxışı böyük maraqla izlənilir. Bu günlərdə Avropa İttifaqı Aİ Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə işgüzar səfəri, dövlətimizin başçısı ilə geniş tərkibdə görüşündən sonra birgə mətbuat konfransı keçirməsi beynəlxalq aləmin diqqət mərkəzində olub. Çünki Azərbaycan Avropa İttifaqı Şurasının Prezidentini qalib ölkə kimi qarşılayırdı. Bu baxımdan səfər böyük əhəmiyyət kəsb edirdi.

Azərbaycan – Aİ münasibətləri 1991-ci ildə yaranmışdır. Lakin hazırda bu münasibətlər ən yüksək səviyyədə olması ilə seçilir. Çünki Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev beynəlxalq əməkdaşlığın yeni müstəviyə qədəm qoyması istiqamətində bütün imkanlardan istifadə edir.
Təsadüfi deyil ki, bu gün Azərbaycan Avropanın etibarlı enerji təchizatçılarından birinə çevrilib. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti sözügedən mətbuat konfransında da bunu yüksək dəyərləndirdi.
Aİ Prezidenti ilə görüşün nəticəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev əməkdaşlıq, gələcək planlar, nailiyyətlər barədə çox səmərəli müzakirələr aparıldığını bildirdi. Şarl Mişelin Azərbaycana səfərinin ikitərəfli tərəfdaşlığımızın yaxşı göstərcisi olduğunu vurğuladı . Dedi ki, biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır və bu quruma üzv dövlətlərin üçdə-biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, bizim hökumətimizin çox böyük nailiyyətidir, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edən əsas ölkələrdəndir. Mətbuat konfransında bu məsələyə toxunan Prezident İlham Əliyev gündəliyin mühüm hissəsinin enerji təhlükəsizliyi ilə bağlı olduğunu vurğuladı. Bu mövzuda müzakirələr aparılarkən , təbii ki, tarixi nailiyyətlərdən, xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından söhbət açılıb. Dövlətimizin başçısı ötən ilin sonuncu günündə Cənub Qaz Dəhlizinin axırıncı – dördüncü seqmenti olan Trans-Adriatik kəmərinin istismara verilməsini tarixi əhəmiyyət kəsb edən hadisə adlandırdı. Qeyd etdi ki, yanvarın 1-dən bugünədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə, İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Təbii ki, bu, son hədd olmayacaq və Avropa bazarına ixrac ediləcək təbii qazın həcmi artacaq.
Respublikamız Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası, həmçinin bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng "Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur.
Prezident İlham Əliyev Azərbaycanın ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoyulduğunu da diqqətə çatdırdı. Azərbaycanın Ermənistan qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdiyini və müharibəyə son qoyduğunu bildirdi: "Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq. Bu gün biz cənab Prezidentlə planlarımızı, təşəbbüslərimizi və yeni yaranmış vəziyyətə yanaşmalarımızı geniş şəkildə müzakirə etdik. Düşünürəm ki, nisbətən, qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq”.
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanda innovasiya, peyk, həmçinin infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə tanış olduğunu bildirdi. Bakı limanında, həmçinin regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanış olduğunu deyən Aİ Prezidenti Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyindən ibarət olmadığını bildirdi: "Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır”.
Digər müzakirələrin bu ilin dekabrında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq zirvə görüşünə hazırlıqla bağlı olduğunu bildirən Aİ Prezidenti "Bizim üçün gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsini aparmaq vacibdir” – deyə qeyd etdi.
Mətbuat konfransında Ş. Mişel Avropa İttifaqının müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirdi. Məsələn, sərhədlərin delimitasiyası məsələsi arzu edilərsə, bunun üçün Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa, Avropa monitorinqini etməyə hazır olduğunu diqqətə çatdırdı. Aİ Prezidenti daha geniş geosiyasi vəziyyətlə bağlı bir sıra məsələlərin də nəzərdən keçirildiyini bildirdi.
Bütün bunlar Azərbaycanın dünya üçün, o cümlədən Avropa üçün necə böyük önəm kəsb etdiyini, cənab İlham Əliyevin beynəlxalq aləmdə necə yüksək etimad qazana bildiyini göstərir.

Hikmət Xəlilov

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər