Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Serbiya “Cənub Qaz Dəhlizi” ilə Azərbaycan qazını idxal etməkdə maraqlıdır - Baş nazirin müavini - MÜSAHİBƏ

Baxılıb: 2104     Tarix: 23-07-2021 08:16   
Serbiya “Cənub Qaz Dəhlizi” ilə Azərbaycan qazını idxal etməkdə maraqlıdır - Baş nazirin müavini - MÜSAHİBƏ


Sumqayitfakt.Az Trend-ə istinadən Trend-in BİA-nın Serbiya baş nazirinin müavini, mədən sənayesi və energetika naziri Zorana Mihayloviçlə özəl müsahibəsini təqdim edir.

Serbiya - "Cənub Qaz Dəhlizi" ilə potensial qaz idxalçısı kimi

Z.Mihayloviç bildirib ki, qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsi, eləcə də qonşu ölkələrin qaz kəməri sistemlərinə qoşulma Serbiyanın strateji öhdəliyidir.

"Serbiya ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığı aktivləşdirilməsi və bu əməkdaşlığın daha yüksək səviyyəyə çıxarılması üçün çoxlu imkanlar var. Serbiya və Azərbaycan strateji tərəfdaşlardır və bizim əvvəlki illərdə iqtisadi əməkdaşlığımız nəqliyyat infrastrukturu sahəsində uğurla icra olunan layihələrlə xarakterizə olunub. Biz enerji sahəsində də əməkdaşlıq qurmaq istərdik belə ki, bu sahə üzrə ölkələrimizin ümumi marağı mövcuddur. Xatırladım ki, Azərbaycanla Serbiya 2011-ci ildə bu sahədə anlaşma memorandumu imzalayıb".

Nazir qeyd edib ki, Serbiya qaz tədarükü mənbələrini şaxələndirmək niyyətindədir və Azərbaycandan qaz əldə etməkdə maraqlıdır:

"Serbiya bu il Bolqarıstana qaz borusunun tikintisinə başlayacaq, bu layihə 2023-cü ildə istismara verilməlidir. Bu qaz kəməri sayəsində biz potensial qaz tədarükçülərinə, o cümlədən "Cənub Qaz Dəhlizi"nin hissələri, TANAP və TAP qaz kəmərlərinə qoşula biləcəyik. Serbiya "Cənub Qaz Dəhlizi" ilə Azərbaycan qazını idxal etməkdə maraqlıdır, ona görə də Bolqarıstanla interkonnektoru tezliklə başa çatdırmaq vacibdir, bu layihə qaz tədarükü marşrutlarını daha çox şaxələndirməyə imkan verəcək. Yunanıstanla Bolqarıstan arasında interkonnektorun tikintisindən sonra Serbiyaya Yunanıstandakı mayeləşdirilmiş qaz terminalından və Trans-Adriatik boru kəməri (TAP) qaz tədarük etmək mümkün olacaq".

Z.Mixayloviç deyib ki, Bolqarıstanla Serbiya arasındakı Niş-Dimitrovqrad qaz kəmərin üzrə işlər 2021-ci ilin dördüncü rübündə başlayacaq. Bu marşrut Azərbaycan qazının Serbiyaya tədarükünü təmin edəcək:

"Yanvar ayında nəzarət üzrə, mart ayında isə podratçı ilə bağlı tender elan olunub. Aİ qaydalarına müvafiq olaraq həyata keçirilən podratçı seçimi prosedurlarının yayın sonunda başa çatması gözlənilir. Qaz kəməri 2023-cü ildə istifadəyə veriləcək. Nişdən Sofiyayadək qaz kəmərinin uzunluğu 170 kilometrə yaxındır, bunun 109 kilometri Serbiya ərazisindən keçəcək".

Nazir əlavə edib ki, mayın ortalarında Avropa İnvestisiya Bankı ilə Niş-Dimitrovqrad qaz kəmərinin tikintisinin maliyyə strukturunu başa çatdıran kredit sazişi imzalanıb:

"25 milyon avro məbləğində kreditlə yanaşı, təxminən 50 milyon avro EU IPA proqramı çərçivəsində daha əvvəl təqdim olunmuşdu. Qalan vəsaitlər dövlət tərəfindən ayrılacaq".

Enerji əməkdaşlığının yeni istiqaməti - bərpa olunan enerji mənbələri

Z.Mihayloviç bildirib ki, Serbiya bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar görür:

"Serbiya alternativ enerjini enerji keçidinin vacib seqmenti kimi görür və hesab edir ki, bu sahənin inkişafı Qərbi Balkan regionu üçün "Yaşıl gündəlik" məqsədlərinə çatmaqda töhfə verəcək. Bu proqrama uyğun olaraq Serbiya regionun digər ölkələri ilə birgə Avropa Yaşıl Saziş məqsədlərinə qoşulub".

Onun sözlərinə görə, Serbiya bu il investisiyaların cəlb olunmasını sürətləndirmək və elektrik enerjisinin istehsalı strukturuna bərpa olunan enerji mənbələri payının artmasını təmin etmək üçün ilk dəfə bərpa olunan enerji mənbələri istifadəsi barədə xüsusi qanun qəbul edib:

"Bizim hədəfimiz 2040-cı ilədək elektrik enerjisinin azı 40 faizini, 2050-ci ilədək 50 faizini bərpa olunan enerji mənbələrindən əldə etməkdir. Ona görə də yeni investisiyalar əsasən, bərpa olunan enerji mənbələri daha geniş istifadəsinin təmin olunması üçün iri və orta su elektrik stansiyalarının, eləcə də sistemin dayanıqlığı üçün vacib olan qaz elektrik stansiyalarının tikintisinə yönəldiləcək. Nazirliyin hazırlamaqda olduğuu yeni investisiya planı bilavasitə Serbiyanın enerji keçidi ilə əlaqədardır. Bu plan nazirliyin nəzarətində bütün sahələrdə təxminən 17 milyard avro dəyərində bütün layihələri, o cümlədən dövlət və özəl sektorun investisiyalarını əhatə edir. Elektrik enerjisi sektorunda planlaşdırılan layihələr 7 milyard avrodan çox təşkil edir, beş milyard avroya yaxını isə günəş və külək enerjisi sahəsində layihələrin dəyəridir. Biz yaxın illərdə bu sahələrdə iri investisiyalar gözləyirik".

Z.Mihayloviç əlavə edib ki, qeyd edilən qanun enerji keçidi və karbonsuzlaşma üçün vacib olan tamamilə yeni texnologiyaların istifadəsi üçün şərait yaradır:

"Mən inanıram ki, beynəlxalq tərəfdaşlarımız və investorlar Serbiyanın öz hüquqi bazasının təkmilləşdirməsi üzrə səyləri yüksək qiymətləndirir. Bu, Serbiya və Azərbaycan şirkətləri arasında əməkdaşlığın inkişafı, yeni potensial investisiyalar və birgə layihələrin reallaşdırılması üçün yeni imkanlar açacaq".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər