Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Prezident İlham Əliyev şəhid jurnalistlərə ev verib

Baxılıb: 3129     Tarix: 22-07-2021 10:18   
Prezident İlham Əliyev şəhid jurnalistlərə ev verib


22 iyul - Milli Mətbuat günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib.

Sumqayitfakt.Az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid jurnalistlərin ailələrini ziyarət edərək, mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və onlara təyin olunmuş sosial ödənişlərin kartlarını təqdim edib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə hər iki şəhid jurnalistimiz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib. Bu gün isə dövlət başçısının tapşırığına əsasən, şəhidlərimizin yaşadıqları əraziyə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış komplekslərindən mənzillərin sənədləri təqdim edilir. Eyni zamanda, M.İbrahimovS.Abışova şəhid statusu verilib və onların ailə üzvlərinə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlər təyin olunub.

Görüşdə vurğulanıb ki, bütün bunlar cənab Prezidentin şəhid ailələrinə xüsusi qayğısının, eyni zamanda vəzifə borcunu ləyaqətlə yerinə yetirən mətbuat nümayəndələrinin əməyini, onların fədakarlığını daim yüksək qiymətləndirməsinin növbəti əyani təzahürüdür.

Şəhid jurnalistlərin ailə üzvləri göstərilən yüksək qayğıya, yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən M.İbrahimovS.Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni təxribatı nəticəsində tank əleyhinə minaya düşərək şəhid olublar.

Sumqayitfakt.Az









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər