Xəbər xətti
27-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Ali Radanın Komitə sədri: "Ukrayna, Azərbaycan və Türkiyənin müdafiə sahəsində əməkdaşlığı aktuallaşacaq"

Baxılıb: 3151     Tarix: 21-07-2021 12:24   
Ali Radanın Komitə sədri: "Ukrayna, Azərbaycan və Türkiyənin müdafiə sahəsində əməkdaşlığı aktuallaşacaq"
İrina Vereşuk


"NATO kursu bizdə Konstitusiyada təsbit edilib. Ukraynanın NATO-ya nə zaman daxil olacağı hələlik məlum deyil, amma düşünürəm ki, söhbət onilliklərdən deyil, illərdən gedir".

Sumqayitfakt.Az "Report"a istinadən xəbər verir ki, bu fikirləri “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) Dövlət təhlükəsizliyi və müdafiə komitəsinin sədri İrina Vereşuk bildirib.

Onun sözlərinə görə, Rusiyanın müdaxilələrinə baxmayaraq, dünya dəyişir: "Təəssüf ki, Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün NATO üzvlüyündən başqa alternativi yoxdur. Strateji tərəfdaşlarla əməkdaşlıq formatlarına gəlincə, həm çoxtərəfli, həm də ikitərəfli formatlar işləyir. Son bir il yarımda Ukrayna Baltik-Qara dəniz regionunda üç yeni beynəlxalq qarşılıqlı fəaliyyət formatının təşəbbüskarı olub: Polşa və Litva ilə Lyublin üçbucağı, Gürcüstan və Moldova ilə assosiativ üçlük və Ukrayna-Türkiyə “Kvadriqa”sı. Sonuncu halda söhbət Ukrayna və Türkiyənin müdafiə və xarici işlər nazirlərinin müntəzəm görüşlərindən gedir".

Komitə sədri deyib ki, həm Azərbaycan, həm də Türkiyə Ukraynanın strateji tərəfdaşlarıdır: "Bu baxımdan nə vaxtsa Ukrayna-Azərbaycan-Türkiyə arasında siyasi və müdafiə sahələrində əməkdaşlıq aktuallaşacaq".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər