Xəbər xətti
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Aİ ilə Azərbaycanın güclü siyasi təmasların olması əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır - Komitə sədri

Baxılıb: 2145     Tarix: 20-07-2021 14:22   
Aİ ilə Azərbaycanın güclü siyasi təmasların olması əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır - Komitə sədri


Avropa İttifaqı Azərbaycanın yaxın tərəfdaşdır və güclü siyasi təmasların olması əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa İttifaqı həm də bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir.

Sumqayitfakt.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, eyni zamanda Azərbaycanın Avropa İttifaqına üzv dövlətləri ilə sıx ikitərəfli əlaqələri var və onların bir çoxu ilə strateji tərəfdaşlıq haqqında sazişlər imzalanıb və bu sazişlərdən irəli gələn məsələlər həll edilir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə mətbuat konfransında Azərbaycan- Avropa İttifaqı münasubətlərini belə səciyyələndirmişdir: "Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Mən, həmçinin əlavə etmək istərdim ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edirik. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası, bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub".

Təbii ki, bundan sonra da Azərbaycan Avropa İttifaqı ilə birlikdə yeni layihələrə rəhbərlik etməyə hazırdır və bunun üçün bütün imkanlar yaradılıb.

Əlbəttə, Azərbaycanın müstəqil siyasəti, güclü və sürətli iqtisadi inkişafı, bütün sahələrdə etibarlı tərəfdaş olması, 44 günlük Vətın müharubəsi nəticəsində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini uğurla təkbaşına həyata keçirməsi və nəticədə həm də yeni geosiyasi gerçəkliyi yaratması Azərbaycan dövlətinə etibarın, inamın və tərəfdaş kimi böyük önəm verilməsini daha da gücləndirmişdir.

Hesab edirik ki, beynəlxalq ictimaiyyət tam əmindur ki, Cənubu Qafqazda sülhün, inkişafın əsas təminatçısı Azərbaycan Respublikasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi bütün layihələr vaxtlnda və ən tüksək səviyyədə həyata keçirilir. Tezliklə Zəngəzur dəhlizi də istifadəyə veriləcək və bu, bölgənin yeni siyasi-iqtisadi mənzərəsini və inkişaf perspektivləri müəyyən edəcəkdir".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər