Xəbər xətti
18-10-2021
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Salyanda şəhidin xatirəsinə abidə ucaldılıb

Baxılıb: 398     Tarix: 19-07-2021 15:10   
Salyanda şəhidin xatirəsinə abidə ucaldılıb


Salyanda I Qarabağ müharibəsində şəhid olmuş Loğman İsmayılovun xatirəsinə abidə ucaldılıb.

Sumqayitfakt.Az "Report"a istinadən xəbər verir ki, üç gün Ermənistanda matəm elan edilməsində xüsusi rolu olan, I Qarabağ müharibəsinin iştirakçısı, şəhid Loğman İsmayılovun doğulduğu Salyan rayonunun Xurşud kəndində xatirə abidəsinin açılışı olub.

Xatirə abidəsinin açılışında Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, döyüşçü yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Abidənin üzərindən ağ örtük götürülüb.


Açılış mərasimində 1973-cü ildə Salyanın Xurşud kəndinin yetirməsi Loğman Akif oğlu İsmayılovun I Qarabağ savaşında göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Qeyd olunub ki, 1991-ci ildə hərbi xidmətə yola düşən Loğman bir müddət hərbi təlimlərdə olub, döyüş yolları Tərtər, Ağdərə istiqamətlərindən başlayıb. O, silahdaşları ilə bahəm Ağdərə şəhərinin, 34 yaşayış məntəqəsinin və 7 yüksəkliyin alınmasında əsl qəhrəmanlıq göstərib. Ağdərənin Qlobus deyilən yüksəkliyində düşmənin 200-dən çox canlı qüvvəsini, 7 tank və 2 BMP-ni məhv edib. Bundan sonra Ermənistanda 3 gün matəm elan olunub. Loğman İsmayılov 1993-cü il yanvarın 1-də Ağdərənin “Vışka” deyilən yüksəkliyi uğrunda gedən qanlı savaşda 20 yaşında ikən şəhidlik zirvəsinə ucalıb.

O da bildirilib ki, Ali Baş Komandanımızın rəhbərliyi altında Milli Ordumuzun əsgər və zabitləri tərəfindən 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız azad edilib, şəhidlərimizin intiqamı, qisası alınıb.

Sonda məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər