Xəbər xətti
18-10-2021
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

"Sumqayıt"ın baş məşqçisi: "Serbiyaya yaxşı nəticə üçün gedirik" - MÜSAHİBƏ

Baxılıb: 2125     Tarix: 19-07-2021 12:38   
"Sumqayıt"ın baş məşqçisi: "Serbiyaya yaxşı nəticə üçün gedirik" - MÜSAHİBƏ
Ayxan Abbasov



"Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasov Serbiya "Çukariçki"si ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin səfər oyunu öncəsi "report"un suallarını cavablandırıb.
Sumqayitfakt.Az həmin müsahibəni təqdim edir.

- Təlim-məşq toplanışı başa çatdı. Yəqin ki, rəqibi də az-çox tanıyırsınız...

- Əlbəttə, hər iki komanda bir-birini tanıyır. Onların üstünlüyü odur ki, çempionatda bir tur oynayıblar. Bunun bizə də xeyri oldu ki, rəqibi rəsmi oyunda gördük. İki heyətə malik yaxşı komandadır. Biz də hazır olmağa çalışmışıq. Düzdür, bir az çətinliklərimiz, zədəlilərimiz var idi. Şükürlər olsun ki, artıq sağalıblar. Səfərə yaxşı nəticə üçün gedirik.

- İlk oyun öncəsi əsas problem hansı mövqelərlə bağlıdır? Ümumiyyətlə, transfer dönəminin bura qədər olan hissəsi istədiyiniz kimi keçdimi?

- Bilirsiniz ki, transferlərimizi yalnız yerli bazarda həyata keçirdik. Hücum, yarımmüdafiə və müdafiə xəttinə yeni oyunçular gətirmək istəyirik. bunda müəyyən gecikməmiz olur. Əsas odur ki, heyətimizi qorumuşuq. Zədə olmasa, indiki məqamda heyətlə bağlı problem yoxdur. Amma gələcəkdə güclənməyə ehtiyacımız var.

- Mərhələ keçmək təcrübəniz var. Bu amil qarşıdakı oyunlarda sizə kömək edə bilərmi?

- Əlbəttə, həm "Zirə"də, həm də "Sumqayıt" avrokubok təcrübəsi yaşamışam. Komandamız həmin ab-havanı hiss etdiyi üçün indi daha rahatdır. "Çukariçki" də bizə uyğun rəqibdir, gücünü bilirik. Oynamaq olar. Əlimizdən gələni edəcəyik.

- Əvvəlki illərdən fərqli olaraq, "Sumqayıt" bu dəfə heyətin özəyini qoruya bilib. Bu mənada, komandanın öz oyun üslubunu inkişaf etdirmək imkanı var...

- Hazırda bizim əsas üstünlüyümüz budur. Amma komandada rəqabətin, oyunçuları əvəz edə biləcək ehtiyat qüvvənin olması önəmlidir. ötən mövsümdəki oyunumuzu daha da inkişaf etdirməliyik. Hər şeyi gələcək göstərəcək.

- Sizcə, hazırkı heyət mərhələni keçmək üçün kifayət edəcəkmi? Çünki elə mövqelər var ki, məsələn, hücum xəttində cəmi 1 oyunçunuz var...

- Bu heyətlə Konfrans Liqasında bir-iki oyun keçirmək bizə çətinlik yaratmaz. Amma çempionatda bu kollektivlə çətin olacaq. Çünki komandada əsasən gənclərdir. 3 futbolçu götürə bilsək, çempionatda da öz oyunumuzu oynayacağıq.

- Artıq bir-iki komandamızda koronavirusa yoluxma halları aşkarlanıb. Bu amil sizi narahat etmir?

- Əlbəttə, narahat edir. Bilirsiniz ki, ötən il çox əziyyət çəkdik. Bir tərəfdən hempionata hazırlaşmağın stressi, digər tərəfdən də koronavirus. Türkiyədə yoldaşlıq oyunu öncəsi testlər verdik. Şükürlər olsun, heç kimdə virus çıxmadı. Amma bu təhlükə davam edir və hər an hər şey ola bilər.

- Səfər qolu qaydasının ləğv olunmasının komandanız üçün hər hansı üstünlüyü varmı?

- Əvvəl ilk oyun səfərdə olanda qol buraxmamağa və ya ən azı bir qol vurmağa konsentrasiya olurduq. Bilirdik ki, evdə üstünlüyümüz olacaq. İndi o psixologiya yoxdur. İki oyunun nəticəsinə köklənmişik. Komandanı da buna uyğun hazırlayırıq.

- Heyətdə zədəli, ötən mövsümdən cəzası qalan futbolçu varmı?

- Yalnız Tellur Mütəllimov ötən mövsüm aldığı qırmızı vərəqə görə ilk oyunu buraxacaq. Qalan futbolçularımızla bağlı vəziyyət qaydasındadır.

- Yəqin, səfərdə də koronavirus testi verəcəksiniz...

- Bəli, burada da test verdik, orada da analiz götürüləcək.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər