Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Şəhid mayorun doğum günü qeyd olunub

Baxılıb: 2114     Tarix: 18-07-2021 16:05   
Şəhid mayorun doğum günü qeyd olunub


Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Ələkbərov Fərid Tahir oğludur.

Sumqayitfakt.Az xəbər verir ki, bu gün şəhidin doğum günüdür.

İyulun 18-də şəhidin ailə üzvləri, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri, RİH rəhbərliyi və digər şəxslər İkinci Fəxri xiyabanda şəhidimizin məzarını ziyarət ediblər.

Həmçinin H.Əliyev adına Ali Hərbi məktəbdə şəhid mayor Fərid Ələkbərovun xatirəsini yad etmək məqsədilə “Şəhidlər ölməz, vətən bölünməz” mövzusunda anım mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə H.Əliyev adına Ai Hərbi Məktəbin rəis müavini polkovnik Emin Səfərov açıb. Natiq öz çıxışında, Fərid Ələkbərovun müəllim kimi hərbi məktəbdə fəaliyyətindən geniş söhbət açaraq, onun həm bir peşəkar hərbçi, həm də əsl pedaqoq olmaqla bütün tələbələrinin sevimlisi olduğunu bildirib. Natiq çıxışında Fərid Ələkbərovun 2014-cü ildən Heydər Əliyev adına Hərbi Akademiyada artilleriya bölməsi üzrə baş müəllim vəzifəsində çalışaraq kapitan rütbəsindən mayor rütbəsinə qədər yüksəlib, 2018-ci ildən baş zabit vəzifəsinə təyin olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Türkiyədə şəhidimizin tələbə yoldaşı olmuş, ehtiyatda olan Polkovnik-leytenant Mikayıl Məmmədov qardaş Türkiyə Cümhuriyyətində Fəridlə birlikdə keçirdiyi tələbəlik illərinin xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Mərasimdə çıxış edən şəhidin qardaşı Rüfət Ələkbərov və anası Şüküfa Hüseynova öz xatirələrini, ürək sözlərini və arzularını gənc zabitlərə çatdırıblar.

Həmçinin, tədbirdə iştirak edən şəhidin döyüş yoldaşları - Vətən müharibəsi qazisləri olan gənc zabitlər Mobil ƏhmədzadəAydın Osmanov Fərid Ələkbərovun 44 günlük Vətən savaşında keçdiyi döyüş yolunu bir lent yazısı kimi tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Fərid Ələkbərov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” , “İqidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, Ələkbərov Fərid Tahir oğlu 18 iyul 1980-cı ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Türkiyə İstanbul Kuleli Askeri Lisesinə qəbul olunub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankara Kara Harp Okuluna daxil olub və 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub. Bununla kifayətlənməyən Fərid Isparta şəhərində Dağ Komando Məktəbinə qəbul olunub və buranı da müvəffəqiyyətlə bitirib. 2005-ci ildə Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub.

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinə qatılıb. Murov dağının yüksəkliklərinin alınmasında iştirak edib, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. 8 noyabr 2020-ci ildə Xankəndi istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə savaşaraq ayağından qəlpə yarası almağına baxmayaraq, döyüşü davam etdirib və düşmənin canlı qüvvəsini məhv edib bununla da taborun muhasirədən xilas olunmağında müstəsna rol oynayıb . Bu, Fəridin son döyüşü olub. Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Fəxri Xiyabanda dəfn olunub.
Sumqayitfakt.Az






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər