Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

MM komitə sədrinin müavini: "Avropa İttifaqının Azərbaycana 150 milyon avro, Ermənistana 2,6 milyard avro yardım ayırması növbəti ikili standartlardır"

Baxılıb: 2108     Tarix: 18-07-2021 13:15   
MM komitə sədrinin müavini: "Avropa İttifaqının Azərbaycana 150 milyon avro, Ermənistana 2,6 milyard avro yardım ayırması növbəti ikili standartlardır"


"Avropa İttifaqının Ermənistana 2.6 milyard avroluq yardım paketi ayırması, bunun müqabilində isə Azərbaycana cəmi 150 milyon avroluq yardım nəzərdə tutulması bir çox suallar doğurur".

Sumqayitfakt.Az APA-ya istinadən xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

T. Kərimli deyib ki, Avropa İttifaqında yaxşı bilirlər ki, 30 illik işğal dövründə Ermənistan həmin əraziləri tamamilə dağıdıb və talan edib. Oranın bərpası ilə bağlı milyardlarla vəsait tələb olunur: "Necə olur ki, zərər çəkən Azərbaycan, yardım isə Ermənistana ayrılır? Avropa İttifaqının Azərbaycana 150 milyon avro, Ermənistana 2,6 milyard avro yardım ayırması növbəti ikili standartdır. Bu məntiqlə, Avropa İttifaqı Azərbaycana ən azı 5 milyard avroluq yardım paketi ayırmalıdır. Şarl Mişel indi Azərbaycandadır və bu məsələ onun qarşısında qaldırılmalıdır".

Parlamentin komitə sədrinin müavini qeyd edib ki, Şarl Mişelin regiona səfəri çərçivəsində Ermənistanda keçirdiyi görüşlərin nəticəsi Ermənistanın Rusiyaya növbəti xəyanətidir: "Paşinyan hər dəfə mürəkkəb vəziyyətə düşəndə prezident Vladimir Putin ona yardım edib, vəziyyətdən çıxarıb. Hərbçilər qiyam qaldıranda məhz Putinin dəstəyi Paşinyanı xilas etdi. Koçaryan Rusiyaya yaxınlığı ilə seçilsə də, Rusiya seçkilərdə Paşinyana problem yaratmadı. Amma Paşinyan qərbyönlü mövqeyinə uyğun olaraq, Qərb dairələri ilə işbirliyini inkişaf etdirir. Ermənistanın NATO, Avropa İttifaqı və digər təsisatlarla ardıcıl təmasları bunu təsdiq edir. Avropa İttifaqının Ermənistana 2.6 milyard avroluq yardım paketinin ayrılacağının elan olunması o deməkdir ki, Avropa İttifaqı Ermənistanda Marşall planını tətbiq edir və faktiki olaraq Ermənistanı satın alır. Göründüyü kimi, Paşinyanın Qərblə dərin əlaqələri və təmasları sonda Rusiya üçün arzuolunmaz ssenarinin reallaşdırılmasına gətirib çıxardı. Üstəlik, nəzərə alınmalıdır ki, Şarl Mişel fransalıdır və Emmanuel Makronla eyni ideoloji platformadan çıxış edən şəxsdir. Rusiya üçün də artıq qəti qərar vermək zamanıdır. Moskvanın Yerevana ardıcıl dəstəyinə baxmayaraq, rəsmi Yerevan Qərbə doğru irəliləməkdə davam edir. Paşinyanın Qərbin adamı olan Armen Qriqoryanı XİN rəhbərinin birinci müavini təyin etməsi bu siyasətin davam etdirildiyini aydın göstərir. Rusiya isə regionla bağlı siyasətini bu reallığa uyğun formalaşdırmalı, Ermənistana dəstəyini dayandırmalı və hərbi bazasını bu ölkədən çıxarmalıdır".
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər