Xəbər xətti
22-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Ombudsman müstəqil araşdırma aparan jurnalistlərlə görüş keçirib

Baxılıb: 2128     Tarix: 17-07-2021 22:02   
Ombudsman müstəqil araşdırma aparan jurnalistlərlə görüş keçirib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dünyaca məhşur fotojurnalist Reza Deqati (Reza Deghati), tanınmış litvalı hərbi jurnalist Ričardas Lapaitis, çəkiliş qrupunun üzvləri Arūnas SartanavičiusMantas Bartaševičius, həmçinin Jurnalistika Birliyinin üzvü Əliyev Günar ilə görüş keçirib.

Sumqayitfakt.Az "Report"a istinadən xəbər verir ki, Ombudsman Aparatından "Report"a verilən məlıumata görə, görüş zamanı Ombudsman Birinci Qarabağ Müharibəsi zamanı və müharibədən sonrakı dövrdə Azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən müharibə cinayətlərinin, ölkəmizə qarşı təcavüz və mülki əhaliyə qarşı törədilən etnik təmizləmə siyasətinin ağır nəticələri haqqında dünya ictimaiyyətinə dolğun, obyektiv, qərəzsiz məlumatların çatdırılmasında jurnalistlərin, xüsusilə də hərbi jurnalistlər də daxil olmaqla kütləvi media vasitələrinin xüsusi rolunu vurğulayıb. Təhdid və hədə-qorxulara baxmayaraq daim haqq tərəfində duraraq, bitərəf mövqe sərgiləyən, müharibə dəhşətlərini lentə alaraq beynəlxalq səviyyədə tanıdılmasının cəsarət və qorxmazlıq tələb etdiyini bildirən Səbinə Əliyeva jurnalist peşəsinin məsuliyyətli, həm də şərəfli olduğunu bildirib.

İkinci Qarabağ müharibəsi zamanı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı zəfərin tarixi ədalətin bərqərar olmasının simvoluna çevrildiyi, müharibə arenasında uduzan Ermənistanın mülki əhalini hədəfə alaraq, yaşayış binalarını və digər mülki sosial infrastrukturu qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində mülki əhali arasında itkilərin olduğu və bunun bir hərb cinayəti olduğu qonaqların diqqətinə çatdırılıb.

Reza Deqati Birinci Qarabag müharibəsində lentə aldığı kadrların tarixi, 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmuş ərazilərdə apardığı çəkilişlər zamanı mülki, dini obyektlərin yerlə-yeksan edilməsi, bu barədə dünya ictimaiyyətinə ünvanladığı foto və video çəkilişlər haqqında məlumat verib. Azərbaycan həqiqətlərinin yayılması istiqamətində Ombudsman İnstitutu ilə əməkdaşlığın məqsədəmüvafiq olduğunu bildirib.

Riçards Lapaitis həm Birinci Qarabağ müharibəsi zamanı xatirələrindən, həm də müharibə şahidlərinin də cəlb edildiyi layihələr haqqında məlumat verib.

Günar Əliyev Azərbaycanlılara qarşı törədilən hərbi cinayətlər haqqında məlumatların kütləvi informasiya vasitələri ilə dünyaya çatdırılmasının, xalqımızın haqq mövqeyi barədə məlumatların işıqlandırılmasının vacibliyi barədə fikrilərini paylaşıb.

Görüşün sonunda Ombudsman Səbinə Əliyeva müstəqil araşdırmalar aparan jurnalist, o cümlədən hərbi jurnalistlərlə, fotomüxbirlərlə birgə əməkdaşlıq perspektivlərini müzakirə edib.

Yekunda qonaqlara Fəxri Fərmanlar təqdim edilib.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər