Xəbər xətti
19-10-2021
18-10-2021
17-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Ombudsman Ermənistan silahlı qüvvələrinin azərbaycanlı hərbiçilərə qarşı törədilən işgəncə faktlarına dair hesabat hazırlayıb

Baxılıb: 2115     Tarix: 17-07-2021 10:21   
Ombudsman Ermənistan silahlı qüvvələrinin azərbaycanlı hərbiçilərə qarşı törədilən işgəncə faktlarına dair hesabat hazırlayıb
Səbinə Əliyeva


Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan dövlətinin və onun silahlı qüvvələrinin törətdiyi beynəlxalq hüquq və humanitar hüquq normalarının pozuntuları ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaqda davam edir.

Sumqayitfakt.Az Ombudsman Aparatına istinadən xəbər verir ki, Ombudsman öz mandatı çərçivəsində müvafiq dəlil və sübutların toplanılması və təhlil edilməsi nəticəsində əldə edilmiş materiallar əsasında hesabat hazırlayıb.

Hesabat Ermənistan və Azərbaycan arasındakı münaqişə zamanı Ermənistan silahlı qüvvələrinin əsir götürdükləri Azərbaycanlı əsgər və hərbi qulluqçulara qarşı törətmiş olduğu işgəncə, qeyri-insani və alçaldıcı rəftar faktlarını əyani sübutlarla özündə əks etdirir.

Hesabatda əsir götürülmüş hərbi qulluqçulara qarşı törədilən işgəncə, qeyri-insani və alçaldıcı rəftar halları ilə yanaşı, Azərbaycanlı hərbi qulluqçuların meyitləri üzərində edilmiş təhqiramiz və alçaldıcı, vandal hərəkətləri özündə əks etdirən, o cümlədən işgəncə faktlarının gizlədilməsi məqsədilə meyitlərin kütləvi şəkildə dəfn edilməsi və digər bu kimi faktlar qeyd edilib.

Hesabatda Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozmaqla törətdiyi müharibə, sülh və insanlıq əleyhinə cinayətlərinə görə ədalət mühakiməsi qarşısında cavab verməsi məqsədilə ciddi tədbirlərin görülməsi üçün beynəlxalq təşkilatlara çağırış edilib.

Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara göndərilib.

Hazırlanmış hesabatda konfidensial xarakterli məlumatların (fotoşəkillərin), habelə insan psixologiyasına dərin təsir göstərə biləcək ağır səhnələrin yer alması ilə əlaqədar sözügedən hesabat ictimaiyyətə açıqlanmır.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər