Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Vətən müharibəsi: Zəfər sevinci Sumqayıt rəssamlarının əsərlərində

Baxılıb: 294     Tarix: 16-07-2021 23:09   
Vətən müharibəsi: Zəfər sevinci Sumqayıt rəssamlarının əsərlərində


44 günlük Vətən müharibəsi zamanı əldə olunan Zəfərin yaratdığı Qələbə ovqatı, fəxarət və qürur hissi Sumqayıt rəssamlarının əsərlərində də özünü göstərir. Bəli, dünya durduqca xalqlar, dövlətlər arasında müharibə, hərbi münaqişələr olur və burada hər iki tərəf üçün ümumi cəhətlər var - itkilər, məhrumiyyətlər və onlardan doğan sosial-mənəvi problemlər. Zəfər isə yalnız qalib xalqın alnına və birdəfəlik yazılır.
Məlum COVID-19 pandemiyasının yaratdığı psixoloji vəziyyət, sosial məhdudiyyətlər rəssamların tariximizin bu zəfər və şərəf səhifəsini tabloya köçürmək həvəsinə təsir etməyib, onları ruhdan salmayıb. Artıq bir çox əsərlər hazır vəziyyətdə ziyarətçisini gözləyir.

Sumqayitfakt.Az xəbər verir ki, bu fikirlər Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin şəhərdə çalışan bir qrup rəssamla görüşdə səslənib.
Sumqayıt Dövlət Rəsm Qalereyasında reallaşan görüşdə Azərbaycan çağdaş təsviri sənətinin inkişafı, rəssamların zəfər sərgisinə hazırlıq vəziyyəti, onların yaradıcılıq axtarışları, üslub özəllikləri, orijinal ideyalarını sənət sevənlərə təqdim etmək, ictimaiyyətlə əməkdaşlığı daha da genişləndirmək məsələləri geniş müzakirə olunub. Maraq doğuran ideyalar, təkliflər diqqətə alınıb. Rəssamların aktiv məşğulluğu, daimi iş yeri ilə təminatı gündəmə gəlib. Belə ki, mədəniyyət evlərində rəssamlıq dərnəklərinin açılışı və peşəkar rəssamların bu işə cəlb olunması həlli vacib məsələ kimi qeyd olunub.
Zəfər sərgisinə hazırlıq məsələsi görüşün leytmotivi kimi təkrarlanıb. Ermənistanın işğalçılıq siyasətini və faşizm ideologiyasını lənətləyən rəssamlar rəşadətli Qələbə günlərini xatırlayaraq bundan sonrakı yaradıcılığını zəfər mövzusuna həsr etmək niyyətini bildiriblər.
Müzəffər Ali Baş Komandanın, yenilməz Ordumuz, xalqımızın Vətənə və torpağa bağlılığı, milli maraq, dövlətçiliyi qorunması din və dil birliyimizin müqəddəs Qələbəmizdə oynadığı böyük rol kimi mövzuların rəssamların əsərlərində əksini tapacağı bildirilib.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər