Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Beynəlxalq təşkilatlara Oxçuçay fəlakəti barədə məlumat verilib

Baxılıb: 2135     Tarix: 10-07-2021 20:21   
Beynəlxalq təşkilatlara Oxçuçay fəlakəti barədə məlumat verilib


Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü əsasında "Karabakh is Azerbaijan!" Milli Platforması ilə birgə Ermənistan və Almaniya şirkətlərinin Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayı zəhərli tullantılarla çirkləndirməsinə etiraz əlaməti olaraq xüsusi aksiya keçirilib.

Sumqayitfakt.Az Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, pandemiya qaydaları çərçivəsində komitədə təşkil edilən aksiya zamanı könüllülər və platforma üzvləri öz şəxsi elektron ünvanlarından Avropanın müxtəlif ölkələrindəki parlamentarilərə, ABŞ konqresmenlərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciət ediblər. Müraciətdə qeyd edilib ki, ekoterrora məruz qalan Oxçuçayın töküldüyü Araz çayı Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə təhlükəlidir. Ekosistemə və bioresurslara ciddi ziyan vurulduğu, Ermənistanın 1992-ci ildə imzalanmış Helsinki konvensiyasına qoşulmadığı və öhdəliklərdən yayındığı barədə ətraflı məlumat verilib.

Azərbaycanlı gənclər Qərb siyasətçilərini və beynəlxalq qurumları bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə, Ermənistan hakimiyyətindən öz öhdəliklərini beynəlxalq hüquq çərçivəsində yerinə yetirməyi tələb etməyə çağırıblar.

Aksiya zamanı Qərb siyasətçilərinin və beynəlxalq təşkilatların elektron ünvanlarına ingilis dilində ümumilikdə 100 mindən artıq müraciət göndərilib. Eyni zamanda, sosial şəbəkələr üzərindən də 100-lərlə paylaşımlar edilib.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər