Xəbər xətti
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim toplanışı keçirilib

Baxılıb: 2131     Tarix: 10-07-2021 14:04   
Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim toplanışı keçirilib


Müdafiə nazirinin 2021-ci il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışı keçirilib.

Sumqayitfakt.Az Müdafiə Nazirliyinə istinədən xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən söz açaraq, kadr orqanı işçilərini bu qələbə münasibətilə bir daha təbrik edib. Nazir müavini Vətən müharibəsində şəhidlik məqamına yüksələnlərin əziz xatirəsini yad edərək, Allahdan onlara rəhmət, qazi və yaralılarımıza şəfa, ailə üzvlərinə səbr diləyib.

Ölkə başçısının Azərbaycan Ordusunda struktur islahatlarının aparılması və onun say tərkibinin artırılması istiqamətində tapşırıqlarına əsasən kadr orqanlarının üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edən general-leytenant K.Vəliyev kadr islahatlarının daha səmərəli aparılması üçün yeni texnologiyalardan istifadə olunacağını bildirib. O, şəxsi heyətin yerləşdirilməsinin, rotasiyasının, kadr islahatlarının daha çevik və səmərəli təşkil olunmasına imkan yaradacaq yeni layihələrin hazırlandığını qeyd edib. Nazir müavini çıxışının sonunda bildirib ki, bu sahədə görülən bütün işlər hərbi qanunvericilik aktlarının tələblərinə uyğun olaraq təşkil olunur.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov ötən il ərzində kadrların komplektləşdirilməsi ilə bağlı görülmüş işlərdən, cari ildə qarşıda duran vəzifələrdən danışıb, kadrların idarə edilməsində əldə olunan nailiyyətlərdən və kadr idarəetmə sisteminin daha da təkmilləşdirilməsindən söz açıb. Vurğulanıb ki, kadrların idarə edilməsi prosesinin təkmilləşdirilməsi, kadr potensialının keyfiyyətinin daha da yüksəldilməsi Müzəffər Ali Baş Komandanın şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların layiqincə yerinə yetirilməsinə xidmət edir.

Sonda tədbirdə çıxış edən hərbi qulluqçular ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması barədə fikirlərini bölüşüblər.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər