Xəbər xətti
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Ələt Azad İqtisadi Zonası ölkəmizin regionda strateji əhəmiyyətini daha da artıracaq - Sevil Mikayılova

Baxılıb: 3141     Tarix: 03-07-2021 11:39   
Ələt Azad İqtisadi Zonası ölkəmizin regionda strateji əhəmiyyətini daha da artıracaq - Sevil Mikayılova


Ələt Azad İqtisadi Zonasının yaradılması iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihədir və onun reallaşdırılması milli iqtisadiyyatımızın dinamik inkişafına töhvə verəcək.

Sumqayitfakt.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

O bildirib ki, Azərbaycan pandemiyanın dünyada yaratdığı çətinliklərə baxmayaraq heç bir sosial-iqtisadi layihəni dayandırmır, əksinə daha böyük layihələrə imza atır. Bunun növbəti təzahürü də Prezident İlham Əliyev tərəfindən Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulmasıdır:

"Azərbaycanın Vətən Müharibəsindəki tarixi zəfərindən sonra regionda artıq yeni reallıq yaranıb. Ələt Azad İqtisadi Zonası isə Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq".

Millət vəkilinin sözlərinə görə, bu layihə ölkəyə xarici investisiyanın cəlb edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir:

"Xarici investor, bir ölkəyə sərmayə yatırmaq istəyəndə, ilk növbədə həmin ölkənin iqtisadi inkişaf perspektivlərini, beynəlxalq reytinqlərdə necə təmsil olunduğunu, təhlükəsizliyin hansı səviyyədə olması və s. kimi amilləri nəzərə alır. Bu gün ölkəmizin iqtisadi inkişafı göz qabağındadır. Bütün sahələr üzrə müsbət artım dinamikası müşahidə edilir, beynəlxalq reytinq cədvəllərində ölkəmiz ön sıralarda qərarlaşır. Eyni zamanda ölkəmiz dünyada ən təhlükəsiz ölkələr siyahısındadır. Digər tərəfdən, Ələt İqtisadi Zonası beynəlxalq ticarət qaydaları çərçivəsində fəaliyyət göstərəcək ki, bu da investisiya cəlbi üçün ən vacib faktorlardandır".

Sevil Mikayılova həmçinin bildirib ki, layihənin icrası yeni iş yerlərinin yaradılması və xüsusən ixtisaslı kadrlarımızın işlə təmin olunmasında da böyük rol oynayacaq:

"Ələt İqtisadi Zonası xüsusən xaricdə təhsil almış gənclərimizə yeni iş imkanı yaradacaq. İnvestisiya yatıran həm yerli, həm də xarici aparıcı şirkətlərin olacağını nəzərə alsaq, əmək haqqıların da yüksək olacağını proqnozlaşdırmaq mümkündür. Həmçinin zonanın paytaxta yaxın olması burada istehsal olunacaq məhsulların həm yerli, həm də xarici bazarlara ixrac imkanlarını da artırır".
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər