Xəbər xətti
27-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Şuşa bəyannaməsi Azərbaycan ərazilərinə Ermənistandan səslənən iddialara son qoyur

Baxılıb: 397     Tarix: 16-06-2021 21:18   
Şuşa bəyannaməsi Azərbaycan ərazilərinə Ermənistandan səslənən iddialara son qoyur
Cavid Osmanov


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" hər iki qardaş ölkənin milli maraqlarından irəli gəlir.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu tarixi sənəd iki qardaş ölkənin liderlərinin birgə yorulmaz fəaliyyətinin və böyük işinin təntənəsidir və bu sənəd eyni zamanda, iki ölkənin zəfəri kimi də qiymətləndirilə bilər: "Çünki bu sənəd iki qardaş ölkə arasında münasibətlərin ən uca zirvəsini təmin edir. Bu sənəddə bir çox məsələlər öz əksini tapıb. Birincisi, hər zaman Azərbaycan və Türkiyə qardaşlığı bütün dünyaya nünumə kimi təqdim olunurdu. Əlbəttə ki, bu sənəddən sonra bütün sahələrdə olan münasibətlər daha da dərinləşəcək və bundan sonrakı mərhələdə daha sıx əməkdaşlıq mühiti yaranacaq.

Bu bəyannamə bir çox sahələrdə daha sıx əməkdaşlığı özündə əks etdirən tarixi bir sənəddir ki, bu da 100 il bundan əvvəl tarixi Qars sənədinin yeni və daha böyük formatıdır. Burada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları da öz əksini tapır. Sənəddə hərbi əməkdaşlıq ən vacib məqamlardan biridir və istənilən təhdidin, təcavüzün qarşısının alınması üçün birgə fəaliyyətin həyata keçirilməsi üçün hüquqi baza yaradır. Bu müttəfiqlik Azərbaycan ərazilərinə Ermənistandan səslənən iddialara son qoyur, revanşist mövqe artıq əhəmiyyətini tam itirir.

Eyni zamanda, hərbi sənaye sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Türkiyə dünya çapında hərbi sənaye sahəsində qabaqcıl ölkələrdən biridir. Bu baxımdan, gələcək ordu quruculuğumuz üçün bu cür əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Diaspora, media sahəsində əməkdaşlıqla bağlı sənəddə öz əksini tapmış məqamlar Türkiyə və Azərbaycan qardaşlığının reallıqlarının bütün dünyaya çatdırılması, dünyada təbliğ olunması və milli mənafeyimizin müdafiə olunması baxımından olduqca böyük əhəmiyyətə malikdir. İqtisadi baxımdan da sənəddə əksini tapmış məqamlar iki qardaş ölkə arasında mövcud potensialın daha səmərəli faydalanmağa imkan verəcək. Ümumilikdə, bu sənəd iki qardaş ölkənin gələcək əməkdaşlığı üçün geniş imkanlar açır".
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər