Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Rövnəq Abdullayev Marius Vizerlə görüşdü

Baxılıb: 88     Tarix: 06-06-2021 19:23   
Rövnəq Abdullayev Marius Vizerlə görüşdü

Dünya çempionatının keçirildiyi Macarıstanın Budapeşt şəhərində səfərdə olan Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer arasında görüş olub.

Sumqayitfakt.Az xəbər verir ki, görüşdə R.Abdullayev M.Vizeri növbəti 4 il müddətinə dünya cüdo təşkilatının rəhbəri seçilməsi münasibətilə təbrik edib. O, Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, ölkə idmançılarının Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.

Ölkədə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən ACF prezidenti son vaxtlar Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən Böyük Dəbilqə turnirlərində medlallar qazandığını diqqətə çatdırıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən M.Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda, dünya çempionatı və Olimpiya Oyunlarında da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən IJF prezidenti Bakıda ənənəvi Böyük Dəbilqə yarışlarının hər zaman yüksək səviyyədə keçirildiyini, bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun səmərəli fəaliyyətini xüsusi vurğulayıb.

Budapeştdə IJF-nin mükəmməl konqresinin keçildiyini bildirən M.Vizer Azərbaycan R.Abdullayevi ikinci dəfə növbəti dörd il müddətinə qurumun İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib. Sonra o, İJF-nin xüsusi hədiyyəsini Rövnəq Abdullayevə təqdim edib.
Görüşün sonunda xatirə şəkili çəkdirilib.
Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər