Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Müşfiq Məmmədli: “Fransa və bəzi Qərb ölkələrinin Azərbaycanla bağlı sərgilədiyi mövqe qlobal sülhə, sabitliyə təhdiddir”

Baxılıb: 2151     Tarix: 27-11-2020 13:27   
Müşfiq Məmmədli: “Fransa və bəzi Qərb ölkələrinin Azərbaycanla bağlı sərgilədiyi mövqe qlobal sülhə, sabitliyə təhdiddir”

“Bu gün nəinki, Fransa Senatının Dağlıq Qarabağla bağlı bədnam qətnamə layihəsini qəbul etməsi, ümumiyyətlə bəzi Qərb ölkələrinin həm Azərbaycanın suveren hüquqlarına, həm də beynəlxalq hüququ kobud surətdə pozaraq müdaxiləsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə qəzəblə qarşılanmaqdadır. Fransanın və bəzi Avropa ölkələrinin Azərbaycanın beynəlxalq hüquq müstəvisində tanınan ərazi bütövlüyünə hörmtəsizliyi siyasi korrupsiya və manipulyasiya kimi dəyərləndirilməlidir. Hər zaman özlərini beynəlxalq hüquqa sayğı gğstərdiklərini bəyan edən bəzi Qərb ölkələrinin lazım gəldikdə öz korporativ maraqlaır naminə ayaqlar altına atması dünyada və bölgədə gərginliyin dərinlə.məsinə və böhran həddinə çatmasına xidmət edir”.
Sumqayitfakt.Az
xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın Baş nazirinin imzaladıqları razılaşdırma sənədi Azərbaycanın böyük qələbəsinin təsdiqidir. 44 günlük müharibədə Azərbaycan həm hərb meydanında, həm də diplomatiya və informasiya meydanında vuruşdu, çoxlarına çox şeyi anlatdı. “Fransa və bəzi Avropa ölkələri yaxşı başa düşür ki, Cənubi Qafqaz regionunda yaranmış yeni situasiya bu dövlətin regionda nüfuzunun itirilməsi deməkdir. Deməli, onları narahat edən insanların, xalqların taleyi deyil, öz dövlət maraqlarıdır”- millət vəkili qeyd edib.

O əlavə edib ki, bu, dünyanı idarə etmək üçün liderlik savaşında çox acı məğlubiyyətdir:
“Məhz Fransanı qıcıqlandıran əsas faktor da məhz bu reallıqdır.

Bu bədnam qətnamədə Azərbaycan və Türkiyə ilə bağlı dilə göstərilən əsassız iddiaları bütövlükdə absur düşüncənin göstəricisidir. Fransa Senatının bu qərarı tərəfsiz olması gərəkən ATƏT-in Minsk qrupunun fəaliyyətinin bu günədək məsələyə niyə həll tapa bilmədiyini, necə tərəfli olduğunun açıq nümayişidir. Tarixin yaddaşından silinməyən Fransa tarixinin bir neçə məqamını xatırlatmaq istəyirəm. Fransanın müharibə cinayətlərinin tarixi şox qədim, coğrafiyası isə olduqca genişdir. Məsləhət görərdim ki, separatçı erməniləri və işğalçı Ermənistanı dəstəkləyən fransız Senatı ilk növbədə, bu əməllərə siyasi qiymət versinlər. XVI əsrdən müstəmləkəçilik siyasəti yürüdən Fransanın II Dünya müharibəsindən əvvəl işğal etdiyi ərazilər 13,5 milyon kvadrat kilometr olub. Öz ərazisindən 20 dəfə böyük bir coğrafiyada talançılıq və qətllər törədən bu dövlətin imperiya təfəkkürü hələ də qalır, yeri düşən kimi özünü biruzə verir.

Təsadüfi deyil ki, indiyədək Afrika qitəsi ölkələrində baş vermiş hərbi çevrilişlərin 70 faizi fransızların təsiri altında olan dövlətlərin payına düşür. Fransa müstəmləkədə saxladığı bütün ölkələrin hamısına səfalət və faciə gətirib. Belə ki, Afrika ölkələrində müstəqillik uğrunda gedən müharibələrdə 2 milyondan çox insan həlak olub. Təkcə Əlcəzairdə fransız ordusu 1 milyondan çox insanı qətlə yetirib. Fransanın daha bir qanlı izi Ruandadadır. 1994-cü ildə fransızlar bu ölkədə “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Bundan cəsarətlənən digər yerli münaqişə tərəfinin də iştirakı ilə tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. Bundan başqa, Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çoxlu sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərə səbəb olub.

Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu cür qaranlıq tarixə malik olan Fransanın qondarma “erməni soyqırımı” ittihamlarına cavabını xatırlatmaq yerinə düşər:
“Erməni məsələsi və terrorla mübarizə adı altında Türkiyəyə insan haqları və demokratiya dərsi verənlərin qanlı keçmişi olduğunu görürük. İyirmi beş il əvvəl Ruandada 800 min insanı qətlə yetirənlərin kimlər olduğu aşkardır. Əlcəzairdə yüz minlərlə insanı qətlə yetirən və soyqırımı törədən də Fransadır”.

Bütün bunları nəzərə alaraq Milli Məclis noyabrın 25-də Fransa Senatının hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran tövsiyə xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanatnı dəstəkləyirəm. Bu cür hərəkətlər özlərini demokratiyanın, qanunun aliliyinin carçıları hesab edənlərin bölgədə mövcud vəziyyətin daha da böhranlı həddə çatmasına, dünyada sülhə, sabitliyin təhlükə altına düşməsinə xidmət edir. Nə qədər gec deyil Fransa və digər Qərb ölkələri bu yanlış siyasətlərindən geri dursalar yaxşı olar. Bölgədə sülühün bərqərar olması, təkcə Avropanın deyil, eyni zamanda müdafiə etdikləri faşist Ermənistanın da maraqlarına xidmət edir”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər