Ermənistan müxalifəti Paşinyanın qatıldığı iclası boykot etdi
Baxılıb: 2109 Tarix: 16-11-2020 16:36

Ermənistanın hakim “Mənim addımım” fraksiyasının təşəbbüsü ilə baş nazir Nikol Paşinyan parlamentin növbədənkənar iclasında çıxış edib.
“Ölkə.Az” xəbər verir ki, parlamentdəki müxalifət deputatları iclası boykot edib.
N.Paşinyan deyib ki, iclasda müxalifətin iştirak etməməsindən təəssüflənir: “Onları maraqlandıran suallara cavab almaları üçün yaxşı imkan yaranıb”.
Qeyd edək ki, milyonçu deputat Qaqik Sarukyanın başçılıq etdiyi Çiçəklənən Ermənistan Partiyası parlamentdə ən əsas müxalif fraksiyaya məxsusdur.ölkə.az
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar