Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

Hikmət Hacıyev: “Ermənistana qarşı tədbir görülməsi üçün Avropa Məhkəməsinə müraciət edəcəyik”

Baxılıb: 3103     Tarix: 30-10-2020 10:54   
Hikmət Hacıyev: “Ermənistana qarşı tədbir görülməsi üçün Avropa Məhkəməsinə müraciət edəcəyik”

Azərbaycan bir sıra şəhərlərində mülki şəxslərə edilən hücumlarla əlaqədar Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə və digər beynəlxalq təşkilatlara müraciət etmək niyyətindədir.

Sumqayitfakt.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “RİA Novosti”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, erməni tərəfi tamamilə məsuliyyətsiz davranır və “Smerç”, “SCUD”, “Toçka-U” raketlərindən istifadə edərək hərbi cinayətlər törədir:

“Erməni tərəfi bu raketlərdən istifadə edərək qəsdən mülki yaşayış məntəqələrini, Azərbaycanın mülki əhalisini hədəf alır. Gəncədə, Mingəçevirdə, Bərdədə bunun şahidi oldunuz”.

“Azərbaycan tərəfi bütün bu faktları toplayır, o cümlədən, Azərbaycan Baş Prokurorluğu bunlarla bağlı cinayət işləri başladıb. Avropa İnsan Hüquqları Məhkəməsi də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində müvafiq tədbirlər görüləcək. Biz “Human Rights Watch”, “Amnesty International” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarını və digər əlaqədar qurumları dəvət etmişik ki, onlar da hesabatlarını hazırlasınlar və bu beynəlxalq ictimaiyyətə təqdim edilib”, - deyə H.Hacıyev bildirib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər