Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Ermənistanla Belarus arasında Dağlıq Qarabağa görə diplomatik gərginlik yaşanıb

Baxılıb: 3482     Tarix: 03-04-2016 18:53   
Ermənistanla Belarus arasında Dağlıq Qarabağa görə diplomatik gərginlik yaşanıb


Bu gün Belarusun Ermənistandakı səfiri İqor Nazaruk Ermənistan Xarici İşlər Nazirliyinə dəvət edilib.
Sumqayitfakt.az xəbər verir ki, APA-nın Armenia Todaya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. İ. Nazarukla görüşən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan Belarus Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar aprelin 2-də yayılan bəyanatının Ermənistan tərəfdə böyük çaşqınlıqla qarşıladığını bildirib. Ş. Köçəryan Belarus XİN-in bu bəyanatının Ermənistan-Belarus münasibətlərinin ruhuna uyğun olmadığını, tərəflərin Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatı və digər strukturlarda götürdüyü öhdəliklərin əksinə olduğunu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə zərbə vurduğunu, münaqişənin güc yolu ilə həllinə həvəs yaratdığını iddia edib.

Qeyd edək ki, Belarus XİN-nin bəyanatında Dağlıq Qarabağda ağır silahların tətbiqi ilə aktiv hərbi əməliyyatların yenidən başlamasından ciddi narahatlıq ifadə olunub. Bəyanatda Belarusun ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin sülh yolu ilə ümumi prinsip və beynəlxalq hüquq normaları, hər şeydən əvvəl ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun həllinə tərəfdar olduğu vurğulanıb. Bəyanatda ərazi bütövlüyü prinsipinin xüsusi vurğulanması Ermənistanı narazı salıb.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər