Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

"Bu tarixi dövrü yaşadığım üçün çox xoşbəxt və qürurluyam"- Mönsüm Alışov

Baxılıb: 3138     Tarix: 26-10-2020 21:22   
"Bu tarixi dövrü yaşadığım üçün çox xoşbəxt və qürurluyam"- Mönsüm Alışov
Hazırda şücaətli, əzmli oğullarımızdan ibarət müzəffər Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəmanlıq salnaməsi yazmaqdadır.
Sözsüz ki, Vətənini sevən hər bir azərbaycanlı kimi, mən də bu tarixi dövrü yaşadığım üçün çox xoşbəxt və qürurluyam. Lakin uzun illər boyu qəlbində vətən yanğısı olan bir vətəndaş kimi, həsrətində olduğum Qarabağ torpaqlarının, xüsusilə doğulduğum və Əliyar Əliyev, Kərəm Mirzəyev, Şükür Həmidov kimi qəhrəman oğullar yetişdirən Qubadlı rayonunun işğaldan azad edilməsi mənim üçün müstəsna əhəmiyyət kəsb edir. Uca Tanrıya şükür edirəm ki, təbiətinə valeh olduğum, daima xatirələrimdə canlandırdığım, hər adını söylədiyimdə köks ötürdüyüm doğma yurdum Qubadlı artıq mənim keçmişim olaraq qalmayacaqdır!

Bizi Vətən nisgilindən qurtararaq bu qüruru və sevinci yaşadan rəşadətli Ordumuzun canı bahasına döyüşən igidlərinə, uzaqgörən və mətin Ali baş Komandanımıza təşəkkürümü bildirir, şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirəm. Bütün Azərbaycan Xalqını, xüsusilə həmyerlilərimi bu zəfər münasibətilə təbrik edirəm. Əminəm ki, bayrağımızın Şuşada, Xankəndində dalğalanacağı gün də yaxındır!

Mönsüm Alışov
pedaqoji elmlər doktoru, professor,
İDRAK liseyinin təsisçisi


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər