Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Aprel döyüşlərinin mütləq davamı olacaq — Deputatlar belə düşünür

Baxılıb: 3189     Tarix: 02-04-2020 15:21   
Aprel döyüşlərinin mütləq davamı olacaq — Deputatlar belə düşünür


“Aprel döyüşləri müasir Azərbaycan hərb tarixinin şanlı səhifələrindən biridir. Azərbaycan ordusu bir daha sübut etdi ki, işğal altında olan torpaqları qısa zamanda azad etməyə qadirdir”.

Sumqayitfakt.Az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan ordusu 2016-cı il aprel döyüşlərindən də daha yüksək və genişmiqyaslı uğrulu əməliyyatlar həyata keçirərək torpaqları işğaldan azad emtəyə qadir olduğunu nümayiş etdirdi. “Ancaq çox təəssüf ki, bu əməliyyatların davamı olmadı. Artıq aprel döyüşlərindən uzun müddət keçib. Bir Azəraycan vətəndaşı kimi arzu edirəm ki, aprel döyüşlərində Azərbaycan ordusu qazandığı uğurları davam etdirərək işğal altında olan digər ərazilərimizi də işğaldan azad etsin. Çünki düşmən danışıq dilini başa düşmədiyindən onu məhv edib, torpaqlarımızı işğladan azad etməliyik. Ona görə ki, Ermənistan sülh danışıqlarına məhəl qoymadan işğalçı siyasətini davam etdirir. Sərhəddə atəşkəsi pozaraq mütəmadi olaraq təxribatlar törədir. Elə son vaxtlarda Qazaxda Azərbaycan-Ermənistan sərhəddində baş verənlər və digər cəbhə xəttində baş verənlər bunun bariz nümunəsidir. Ermənistan bununla da işğalçılıq siyasətinə son vermək niyyətində olmadığını göstərir. Belə olan halda Azərbaycan ordusu 2016-cı ilin aprelində olduğu kimi daha genişmiqyaslı və yüksək səviyyədə hərbi əməliyyatlar həyata keçirib işğal altında olan torpaqları işğaldan azad etməlidir. Azərbaycan ordusu buna qadirdir”- millət vəkili bildirib.
Millət vəkili Musa Qasımlı isə bildirib ki, 2016-cı ilin uğurlu Aprel döyüşləri hərb tariximizdə millətimizə qürur, özünəinam və yüksək vətənpərvərlik hissləri yaşatmış parlaq səhifələrdən biridir. “Davamı da mütləq gələcək və işğalçı torpaqlarımızdan qovulacaqdır. Millətimizin bağrından çıxan ordumuzla daim bir yerdəyik. Qəhrəmancasına həlak olmuş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlər ölməz! Millətimiz və dövlətimiz mövcud olduqca şəhidlərimiz də yaşayacaqdır! Tanrı uca millətimizi və müqəddəs dövlətimizi qorusun!”, - deyə, M.Qasımlı vurğulayıb.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər