Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Bu gün Ümümdünya Meteorologiya Günüdür

Baxılıb: 358     Tarix: 23-03-2020 15:31   
Bu gün Ümümdünya Meteorologiya Günüdür
Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən hər il martın 23-ü Ümumdünya meteorologiya günü kimi qeyd olunur.
Sumqayitfakt.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu günün qeyd olunmasında əsas məqsəd hidrometeorologiya ilə bağlı dünyada baş verən proseslər, xüsusilə son illər cəmiyyəti narahat edən qlobal iqlim dəyişmələri, baş verə biləcək təhlükəli hidrometeorloji proseslərə ictimaiyyətin diqqətini yönəltməkdən ibarətdir.

Hazırkı dövrdə dünya su ilə bağlı streslərdən irəli gələn daha ciddi problemlərlə, quraqlıqlarla, daşqınlarla, həmçinin təmiz suya əlçatanlığın olmaması ilə üzləşir. Su resurslarının proqnozlaşdırılmasının, monitorinqinin və idarə olunmasının təcili olaraq təkmilləşdirilməsi vacib məsələrdən biridir.

Suların həddindən artıq çirklənməsi problemi ilə də bir çox ölkələr qarşılaşır. Bununla əlaqədar Ümumdünya meteorologiya günü 2020-ci ildə “İqlim və su” ümumi mövzusu ilə qeyd olunur. İlin devizi isə “Hər damlanı qoruyaq, hər damla hesabdadır” çağırışı kimi seçilib.

Bu mövzu çərçivəsində əsas diqqət iqlim və su resurslarının daha əlaqələndirilmiş və davamlı idarə olunmasına yönəldilir. Beləki, iqlim və su bir-biri ilə qırılmaz əlaqəlidirlər. Hər biri davamllı inkişafın qlobal məqsədlərinin, iqlim dəyişmələrinin və yoxsulluq risklərinin azaldılması sahələrinin əsasında durur.
Son illər ölkəmizdə əhaliyə göstərilən hidrometeoroloji xidmətin səviyyəsinin qaldırılması, hava proqnozlarının dəqiqliyinin artırılması, o cümlədən bütün ölkəni əhatə edən hidrometeorloji şəbəkənin fəaliyyətinin təkmilləşdirilməsi və modernləşdirilməsi, ən müasir müşahidə və proqnoz sistemlərinin tətbiqi istiqamətində geniş işlər aparılır.

Məqsədiniz ölkəmizdə hidrometeorologiya sahəsində əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəlməsidir.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər